kanal1

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Tarix:7-05-2022, 14:36
Baxış Sayı:159 808



Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin etdiyi Vahid Hacıyevi videoformatda qəbul edib. Qürurverici haldır ki, bugün möhtərəm Prezidentimizin tapşırığı ilə bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Zəngilan ərazisində də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə geniş bərpa quruculuq işləri aparılır. Prezidentimiz çıxışında qeyd etmişdir ki, qurulan bu smart kəndlərdə yaşayacaq keçmiş məcburi köçkün adlandırdığımız vətəndaşlarımız üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq kimi bütün amillər nəzərə alınır. Ümumiyyətlə möhtərəm Prezidentimizin hər çıxışını həm də sanki, görülən işlər haqqında xalqa hesabatı da adlandırmaq olar. Bu da onun xalqına olan sonsuz məhəbbət və ona etimad göstərmiş xalq qarşısında nadir liderlərə məxsus məsuliyyət və hesabatlılıqdan irəli həlir. 
Fəxrlə qeyd etməliyik ki, hər birimiz bu çıxışı dinləyərkən qısa müddət ərzində ölkədə, daha doğrusu işğaldan azad olunmuş torpaqlarımızda nə qədər möhtəşəm işlərin görüldüyünün sevincini yaşayırıq. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icra edildiyini qeyd edən möhtərəm Prezidentimiz günümüzün reallığı kimi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çox funksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini, Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bildirdi. Möhtərəm Prezidentimiz çıxışında coğrafi vəziyyətin nəzərə alındığı və işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra ikinci hava limanı sayılan Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində önəmini də vurğulamışdı. Təqdirəlayiq haldır ki, bugün müxtəlif ölkələrdən olan bir çox ekspertlərin böyük siyasi, iqtisadi əhəmiyyət verdiyi bu beynəlxalq səviyyəli loqistik layihə; Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə bərabər, beynəlxalq yükdaşımaları üçün beynəlxalq səviyyəli yeni bir yol olacaqdır. 
İşğaldan azad olunmuş ərazilərdə yaradılan və inşa edilən bütün infrastruktur layihələr təsdiq edilmiş planlar əsasında həyata keçirilir. Yəni təkcə rayonların deyil, həm də kəndlərin də baş planları hazırlanıb , baxış keçirildikdən sonra onun əsasında bərpa-quruculuq işləri görülür. Möhtərəm Prezidentimiz Zəngəzur dəhlizinin gələcək perspektivindən danışarkən bu dəhlizin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, tam yeni nəqliyyat dəhlizi olacağını vurğulamışdı. O, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən yük göndərmək istədiklərini bildirən çoxsaylı müraciətlərin olduğunu bildirərək Zəngəzur dəhlizinin ölkəmizin qonşu dövlətlərlə əlaqələrində əlavə imkanlar yaradacağını da qeyd etmişdi.
Möhtəşəm Zəfərdən sonra Müzəffər Ali Baş Komandanımız ilk dəfə Zəngilana səfəri zamanı Bəsitçay təbiət qoruğunda yeni çinarlar əkdi. Yəni bərpa işləri başlayıb və çox uğurlu nəticələr var, aidiyyatı qurumlar bu işi davam etdirirlər.
Nailə Nəsirova, Zabrat bələdiyyəsinin sədri

Bərdə Rayonunun Uğurlu İnkişafına Rəhbərlik Edən İcra Hakimiyyətinin Başçısı – Vidadi İsayev
Bərdə Rayonunun Uğurlu İnkişafına Rəhbərlik Edən İcra Hakimiyyətinin Başçısı – Vidadi İsayev
Həyat bəxş edən əllər – Mehriban Yunusovanın peşəkarlığı
Həyat bəxş edən əllər – Mehriban Yunusovanın peşəkarlığı
Bərdə şəhər 7 nömrəli tam orta məktəbi – Təhsildə Uğur və İnkişafın Ünvanı
Bərdə şəhər 7 nömrəli tam orta məktəbi – Təhsildə Uğur və İnkişafın Ünvanı
Xəyal müəllimin rəhbərliyi ilə Yevlax rayon Aran qəsəbəsində abadlıq və sosial rifah işləri genişlənir - FOTOLAR
Xəyal müəllimin rəhbərliyi ilə Yevlax rayon Aran qəsəbəsində abadlıq və sosial rifah işləri genişlənir - FOTOLAR
İlaxır çərşənbədə 30° isti olacaq
İlaxır çərşənbədə 30° isti olacaq
Bayram namazının qılınacağı tarix açıqlandı
Bayram namazının qılınacağı tarix açıqlandı
Almaniya Prezidenti Azərbaycana səfər edəcək
Almaniya Prezidenti Azərbaycana səfər edəcək
“ASAN xidmət” bu tətil günlərində işləyəcək
“ASAN xidmət” bu tətil günlərində işləyəcək