kanal1

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

Tarix:19-02-2025, 14:22
Baxış Sayı:110 776

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC bildirir ki, dövlətimizin başçısına istehsal müəssisəsi barədə məlumat verildi.

Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.

Türkiyə mühüm qərar ərəfəsində - Ankara buna getsə...
Türkiyə mühüm qərar ərəfəsində - Ankara buna getsə...
Qurbanovun ədalətinin uduzduğu gecə
Qurbanovun ədalətinin uduzduğu gecə
İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparılır
İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparılır
Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam
Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam
Anasını pəncərədən atıb “Görüşərik, bay-bay” deyibmiş... - Səs yazıları araşdırıldı-Fotolar
Anasını pəncərədən atıb “Görüşərik, bay-bay” deyibmiş... - Səs yazıları araşdırıldı-Fotolar
Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır - Rəsmi
Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır - Rəsmi
Generalın oğlu həbs edildi - Yenilənib
Generalın oğlu həbs edildi - Yenilənib
Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə
Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə