kanal1

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir

Tarix:11-04-2022, 11:39
Baxış Sayı:167 980

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir









                 
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

Professor Kərim Tahirov – Mədəniyyətə Və Milli Dəyərlərə Bağlı Lider
Professor Kərim Tahirov – Mədəniyyətə Və Milli Dəyərlərə Bağlı Lider
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
Prezidentlər birgə nahar etdi
Prezidentlər birgə nahar etdi
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb
Bəxtiyar Hacıyevə hökm oxundu
Bəxtiyar Hacıyevə hökm oxundu
Zelenski Putinə: Onları Moskvaya təhvil verməyə hazırıq
Zelenski Putinə: Onları Moskvaya təhvil verməyə hazırıq