kanal1

GÜCLÜ ORDU – GÜCLÜ DÖVLƏT

Tarix:27-06-2022, 12:43
Baxış Sayı:171 612




Tarixi keçmişə nəzər salsaq görərik ki, dünyaya hökmranlıq edən dövlətlər güclü orduya malik olan dövlətlər olmuşdur. Ancaq müasir dövrdə bu güclü orduyla bərabər güclü siyasət də tələb edir. Əsası AXC dövründə qoyulan ordu quruculuğu Respublika dövründə ən pik həddə çatmışdır. 
       Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra uzun müddət ordu quruculuğuna diqqətin artırılmasına imkan verilməmişdir. Ancaq 1969- cu ildə Ulu Öndər  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsas diqqəti hərbi kadrların hazırlanmasına yönəltmişdir.  Xüsusilə müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Hərbiyə dövlət səviyyəsində qoyulan xərcin  dəfələrlə artırılması qısa zamanda uğurlu nəticələrə gətirib çıxartdı. 
      1998- ci il may ayının 22-də  Ulu Öndər Heydər Əliyevin verdiyi fərmana əsasən, əlahiddə Azərbaycan korpusunun yarandığı gün, yəni 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.  
       Dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün güclü ordunun olması əsas şərtlərdən biridir. Hazırda Azərbaycanda 400 -dən çox yerli müdafiə təyinatlı məmulatın istehsal edilməsi  ordumuzun daha da inkişafı üçün geniş imkanlar açır. Azərbaycan Qafqazın ən müasir ordusuna malikdir. Silahlı qüvvələrin modernləşdirilməsi və yenidən qurulması Prezident cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin nəticəsi olaraq son illərdə ordunun döyüş qabiliyyəti daha da gücləndirilmişdir. 
      2020-ci ildə 44  günlük Vətən müharibəsi bir daha sübut etdi ki, ordu sahəsində həyata keçirilən bütün islahatlar özünü layiqincə doğrultmuşdur. Azərbaycan ordusu düşməni ağır məğlubiyyətə uğradaraq tarixi qələbəyə imza atmışdır. Bununla da Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi. 
                                      

Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO