kanal1

Türkiyə səhəri güclü zəlzələ ilə açdı

Tarix:30-11-2021, 10:30
Baxış Sayı:150 293

Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin İzmir şəhərində də hiss olunub.
“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Zəlzələnin episentrinin Egey dənizinin 3,97 kilometr dərinliyində olduğu müəyyən edilib.
İlk təkanlardan doqquz dəqiqə sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib. Sakinləri qorxudan yeraltı təkanlar İzmirlə yanaşı, Aydın şəhərində də hiss olunub.
Hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur.
“Egey dənizində baş verən və şəhərimizdə hiss edilən zəlzələ nəticəsində heç bir dağıntı olmayıb ”, - deyə İzmir Böyükşəhər bələdiyyə başçısı Tunç Soyer bildirib.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük