kanal1

İranlı erməni deputat: Rusiyanın bu izahatı daha çox bəhanəyə bənzəyir

Tarix:10-08-2022, 11:08
Baxış Sayı:93 978

İranlı erməni deputat: Rusiyanın bu izahatı daha çox bəhanəyə bənzəyir


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Meğri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanəyə bənzəyir.

Bunu  İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan “News.am”a müsahibəsində deyib.

O hesab edir ki,  Rus sülhməramlılarının Meğri- Ağarak yolunda nəzarəti gücləndirməsini Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılna addımdır. “Mənə elə gəlir ki, bütün bunlar məhz 10 noyabr 2020-ci il razılşamasının həyata keçirilməsində yeni mərhələdir”, - Beqlaryan qeyd edib. 

Beqlaryan əlavə edib ki, Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm.

İran parametinin erməniəsilli deputatı  baş verənlərin  İranın Kafanda konsulluq açması planları ilə bağlı olduğunu da istisna etməyib. “Demək olmaz ki, bu, təzyiqdir… Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu desək... Mən buna bir az geniş baxıram”, - deyə Beqlaryan vurğulayıb. 

Xatırladaq ki, avqustun 8-də Ermənistan ərazisində, Meqri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır. 

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti Meğri-Agarak yolu hissəsində nəzarətin gücləndirilməsini ağır narkotik vasitələrin və psixotrop maddələrin (metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük