kanal1

Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb

Tarix:16-03-2024, 12:06
Baxış Sayı:64 922

Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb

Notarius rəisi Daxil Kərimovun Bakıda, Hacıqabulda mülkləri, Cəlilabadda torpaq sahələri...  

Ölkəmizdə fəaliyyət göstərən  dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin  dözülməz olması barədə  dəfələrlə  araşdırma yazıları dərc etmişik. 

Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə  yaxın notariat kontoru fəaliyyət göstərir. 

Onlardan 100-dən çoxu  dövlət kontorudur və  30-u  Bakıda, 70-dən artığı isə  regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat  kantorları da fəaliyyət  göstərir. 

Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib. 

Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. 

Məlum olur ki, hansısa  notariat  kantoru   saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub. 

Daha dəqiq desək,  notariat kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.

Bu hələ  harasıdır..?

Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini  notarius  vasitəsilə kiməsə  satıblar…

Sözün qısası, notariusların bu qanunsuz əməlləri vətəndaşları bezdirib. 

Belə  xüsusi  notariuslardan biri də Daxil Fazil oğlu Kərimovdur. 

Bu adam vaxtilə Şirvanda notarius  vəzifəsində işləyib. 

Media üzərindən apardığımız araşdırma  zamanı bu adamın barəsində nə qədər  şikayətlərə rast gəldik. 

Vətəndaş  yazır ki, qızımın evini  onun xəbəri olmadan  banka girov qoyublar. 

Deməli,  ev sahibinin qaynı  saxta  sənəd  tərtib edərək  notarius   Daxil Kərimova təsdiq etdirib  və evi girov qoyaraq  bankdan böyük məbləğdə  kredit götürüb. 

Təsəvvür edirsiniz  evin sahibinin  bu cinayət əməlindən xəbəri yoxdur. Notarius  Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur. 


Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta  etibarnaməni  təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..? 

Daxil Kərimov  ev sahibinin qaynı ilə sövdələşib  saxta etibarnamə ilə  bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..? 


Bəli, Daxil Kərimov indi  iki uşaq və bir ananın  başına faciə gətirib. 

Belə ki, vaxtında  verilməyən və hazırda  57 min olan kreditə  görə,  bank  məhkəmə vasitəsilə  ana və 2 övladını evdən çıxarıb bayıra atıb. 


Təsəvvür  edirsiniz  məhkəmədə işə baxan hakim 4-cü dəfə  notarius  Daxil Kərimovu  məhkəməyə dəvət edir ki, izahat versin. 


Amma  Daxil Kərimov hətta məhkəməni  sayıb  prosesə gəlmir. 

Gör bu insan nə dərəcədə  həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm…

Biz Daxilin yadına bir məqamı salmaq istəyirik…

Yadındadırmı, Hacıqabulla Şirvan futbol komandalarının oyununda Hacıqabul 1 qol vuranda yerindən ayağa qalxaraq “ Urraaa”  qışqırdın…Və polis rəisi dedi ki, bunu aparın soxun içəri, ağlı başına  gəlsin…

Ay Daxil,  deyəsən ağlın hələ  başına gəlməyib, axı…

Özünü yuxarı hesab edən kəs 2 körpə uşağın və anaın faciəsinə səbəb olmazdı…

 İnsanları faciələrə düçar edirsən…

Hələ Allah qoymasa, Şirvandan Bakıya köçmüsən…

Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı  şəhərində  mülklərin, obyektlərin…

Biz hələ Cəlilabaddakı  torpaq sahələrini, ticarət obyektlərini demirik…

Görəsən, Ədliyyə Nazirliyi  Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..? 

Çünki bu adam notariusdan çox, kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına. 

Sonda  bir daha  daxil Kərimovun yadına salmaq istəyirik ki,  iddiaçı “Ekspressbank”ASC  2 uşaq anasına qarşı  kredit borcunun tutulması, tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb…

Səbəb isə  Daxil Kərimovun  təsdiq etdiyi  saxta etibarnamədir…

Başa düşdünmü, Daxil  Kərimov..? 

Yekələnmək yox, YEKƏ olmaq Lazımdır. 

Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. 

****

Ötən sayımızda Daxil Kərimovun saxta sənədlərin necə möhürləməsindən araşdırma yazı aparmışdıq. "Azərbaycan Reallığı" xəbər verir ki, araşdırmalardan belə məlum olur ki, Kərimov özü haqqında şikayət yazılarını "pul" gücünə sildirir ,amma eyni"pul"gücünə şəninə "Mirzə Qərənfillərə yazı yazdırır.

Bütün bunlar niyə lazımdır.İndi deyəcəyik.

Müdriklərin yaxşı bir sözü var:

Qaşına-qaşına, gəlib çıxdı ocaq başına…

Söhbətimizin məğzi odur ki, uzun illər Şirvanda notarius işləyən, hazırda paytaxt Bakı şəhərində xüsusi notarius vəzifəsini daşıyan Daxil Kərimov deyəsən məhkəmə hakimi olmaq eşqinə düşüb.

Ona görə, “qaşınmaq” məsələsini yazının başlığına çıxardıq.

Sözün qısası, Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına indi də hakim olmaq istəyir.


Əslində niyə də olmasın?

Guya məhkəmə hakimi olanlar Daxil müəllimdən savadlıdırlar? Amma...

Yəni məhkəmə-hüquq sistemimiz elə FƏLAKƏTLİ durumdadır ki, istənilən təsadüfi adamın orada söz sahibi olması mümkündür…

Hər gün oxuduğumuz məhkəmə prosesləri, çıxarılan qətnamə və qərarlar adamı dəhşətə gətirir.

Daxil Kərimov da düşünür ki, niyə filankəslər məhkəmə hakimi ola bilir, mən yox?

Rüşvət almağın yolunu, saxta sənədləri möhürləyib dövlətin adından sırımağı, başqasının əmlakını ələ keçirməyi, hətta 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürməyi və digər əməlləri bilirəmsə, niyə məndən hakim olmasın?

Əslində hakim olmağın əsas kriteriyaları yuxarıda sadaladıqlarımız deyildir. Hakim olmaq üçün bütün kriteriyalar ödənməlidir. Keçmişlə yanaşı bütün görülən işlərin hamısı təqdirəlayiq olmalıdır.

"Bunlar da Maşallah Daxil Kərimovda artıqlaması ilə…"

Məlumat üçün qeyd edək ki, "Azərbaycan Reallığı" olaraq ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin dözülməz olması barədə dəfələrlə araşdırma yazıları dərc etmişik.

Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.

Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.

Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.

Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.

Bu hələ harasıdır?

Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini notarius vasitəsilə kiməsə satıblar…

Belə xüsusi notariuslardan biri də məhkəmə hakimi olmaq istəyən Daxil Kərimovdur.

Bu adam vaxtilə Şirvanda notarius vəzifəsində işləyib.

Apardığımız araşdırma zamanı bu adamın barəsində nə qədər şikayətlərə rast gəldik.

Vətəndaş yazır ki, qızımın evini onun xəbəri olmadan banka girov qoyublar.

Deməli, ev sahibinin qaynı saxta sənəd tərtib edərək notarius Daxil Kərimova təsdiq etdirib və evi girov qoyaraq bankdan böyük məbləğdə kredit götürüb.

Təsəvvür edirsiniz evin sahibinin bu cinayət əməlindən xəbəri yoxdur. Notarius Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur.
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta etibarnaməni təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir?

Daxil Kərimov ev sahibinin qaynı ilə sövdələşib saxta etibarnamə ilə bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi?

Bəli, Daxil Kərimov indi iki uşaq və bir ananın başına faciə gətirib.

Belə ki, vaxtında verilməyən və hazırda 57 min olan kreditə görə, bank məhkəmə vasitəsilə ana və 2 övladını evdən çıxarıb bayıra atıb.

Təsəvvür edirsiniz məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin.

Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… (amma biz tərəflərdə daxıl sözünün mənası çox yaxşı qiymətləndirilir).

Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı şəhərində mülklərin, obyektlərin…

Biz hələ Cəlilabaddakı torpaq sahələrini, ticarət obyektlərini demirik…

Görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib?

Çünki bu adam notariusdan çox, sanki kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına.

İndi özünüz deyin, Daxil Kərimovdan məhkəmə hakimi olar, yoxsa, yox?

Əlbəttə,...?

Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Raytaxt.org

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb
Adamda istəyə bax: Notariusdan çox "kommersant" olan Daxil Kərimov hakimlik iddiasına düşüb
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO