kanal1

EL-CA MTK-nın dirktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədov "Komendatı" döyərək xəstəxanalıq edib (ŞİKAYƏT)

Tarix:14-12-2021, 12:04
Baxış Sayı:174 578



Yeni tikilən binaların satılması və sakinlərin mənzilə köçdükdən sonrakı mərhələdə yaşadığı çətinliklər Azərbaycanda gündəlik problemlərdən birinə çevrilib. Yaradılan saysız-hesabsız MTK-lar barəsində hər gün şikayətlər eşidirik. Mənzilin satış prosesində müxtəlif fırıldaqlara əl atan kim, eyni mənzili müxtəlif müştərilərə satan kim, mənzildə yaşayan sakini “qoçu dəstəsi” yaradıb döyərək xəstəxanalıq edən kim….
Əminik ki, sonuncu nümunə sizi də təəccübləndirdi.
Bu barədə Reportyor.og saytına müraciət edərək başına gələn bədbəxt hadisənin işıqlandırılmasını istəyən Cəfərov Ziya İmaməddin oğlu məlumat verib.

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Hakim Abbasov küçəsi, ev 9-b, mənzil 6-da, El-Ca MTK tərəfindən tikilən binada yaşayan Cəfərov Ziya İmaməddin oğlu komendat olaraq fəaliyyət göstərdiyi iş yerində zorakılığa və ağır təhqirlərə məruz qalıb. Belə ki, əraziyə gələn El-Ca MTK direktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədov Ziya Cəfərovun üzərinə qoçu dəstəsi ilə bərabər hücum çəkib. Nəticədə, zərərçəkmiş şəxsin burnu sınıb və kəllə-beyin travması alıb.
Qeyd edək ki, Ziya Cəfərov həmin şəxslər tərəfindən hələ də təhdid edilir. Şikayətçinin əraziyə yaxın hüquq-mühafizə orqanlarına və prokurorluğa müraciəti isə hələ ki, cavabsızdır. O, bu məsələdə bəzi şəxslərin sifarişi ilə ədalətin təmin olunmasının qarşısının alındığı düşünür. Zərərçəkmiş şikayətinin təmin edilməsi və məsələyə hüquqi qiymətin verilməsi üçün prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.
Daha ətraflı videoda:


Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Gələn il hansı məhsullar bahalaşa bilər?
Gələn il hansı məhsullar bahalaşa bilər?