kanal1

Emin müəllim: Dünya gücləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini təsdiqlədi

Tarix:20-12-2021, 14:44
Baxış Sayı:162 323

Emin müəllim: Dünya gücləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini təsdiqlədi

















Ağdam rayon Ruhi Əsəb Dispanserinin baş həkimi Emin müəllim - Son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, Sammitlərə, Zirvə Toplantılarına diqqət yetirsək bu reallığı görərik ki, keçirilən məkanlar fərqli olsa da diqqətin yönəldildiyi ünvan dəyişməzdir- Azərbaycan. Bu, qalib Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində bütün sahələrdə təcrübəsi ilə nümunə olması, eyni zamanda, mövqeyinin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurması ilə bağlıdır. Azərbaycanın xarici siyasəti çoxşaxəli və açıqdır. Bu baxımdan qeyd edə bilərik ki, həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır, onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın artıq diktə edən tərəf kimi çıxış etməsi regionda və dünya siyasətində yeniliklərə yol açıb. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır.

Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünə bilməzdi. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bugünün reallıqları bir məqamı da açıqlayır ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO