kanal1

7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi ETSN-ni “yıxıb sürüdü”- FAKTLAR

Tarix:19-05-2022, 11:34
Baxış Sayı:350 488





Ekológiya- canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən bir elmdir və bu elm sahəsi оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Ümumiyyətlə, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür  etmək heç cür mümkün deyil. Yəni, yazmağı, oxumağı, saymağı öyrənmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını bilmədən yaşamaq da bir o qədər çətindir. Belə bir səbəblərdəndir ki, ekologiya sahəsi bu gün də özünün əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. O halda sual oluna bilər ki, görəsən hal-hazırda ölkəmizin ekologiya sahəsinə cavabdehlik daşıyan vəzifə sahibləri üzərinə düşən vəzifə borclarını lazımi səviyyədə yerinə yetirirlərmi? Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki şəhərində yerləşən 7 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ərazisinə cavabdehlik daşısa da, adı çəkilən bu rayonların ekologiya sahəsi dözülməz həddədir. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının cavabdehlik daşıdıqları Şəki, Qax, Zaqatala və Balakən rayonlarından hər birinin ərazisində taxta-şalban, yeşik və digər növ taxta məmulatların istehsalı ilə məşğul olan sexlər (plaramalar) fəaliyyət göstərir. Elə ki, daxil olan belə bir məlumatlar əsasında adı çəkilən idarənin rəisi, hansı ki, əvvəllər də ekologiya sahəsində çalışmış  Namiq Yusifovla əlaqə saxladıq və ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Hətta, ona yaxın günlərdə həmin rayonların ərazilərində lazımi çəkilişlər aparacağıq dedikdə o, ilk əvvəl buna razı olduğunu dilə gətirdi. Az sonra isə o, “Bura gəldiyiniz zaman ilk əvvəl mənimlə görüşün və qeyd etdiyiniz məsələlərlə bağlı müəyyən söhbətlər edək” dedi. Telefon danışığımız zamanı Namiq Yusifov “Mən də təsdiq edirəm ki, rayonların ərazilərindəki meşə zolaqlarında daim oğurluq hadisələri baş verir.  Belə bir səbəbdən də, vəziyyət dözülməz həddə gəlib çatıb. Bundan əlavə, taxta məmulatların istehsalı ilə məşğul olan sexlərin hər birinin arxasından icra hakimiyyətinin, prokurorluq orqanlarının, hətta ETSN-nin əməkdaşları da çıxırlar. Ona görə də lazımi səviyyədə fəaliyyət göstərə bilmirik. Faktdır ki, olduqca böyük ərazi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunub, bunun qarşılığında işçilərimiz azlıq təşkil edirlər.  Nazirliyimiz yeni ştatlar açmır və bizdən də daha operativ iş tələb edirlər” dedi. Namiq Yusifovla ümumi söhbət etdikdə o, onu da qeyd etdi ki, “plaramalar”ı işlədən şəxslərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Elə ki, bu yöndə lazımi dəqiqləşdirmələr apardıq, o zaman bəlli oldu ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin “sahibkardırlar” deyə adlandırdığı  şəxslərdən heç birinin, məhz məşğul olduqları sahə üzrə hansısa hüquqi sənədləri yoxdur.  O zaman ortaya belə bir sual çıxır ki, görəsən Namiq Yusifov hansı əsasla ətraf mühitə “qənim kəsilənləri” sahibkar adlandırır? Bu kimi məsələlərlə bağlı yerli sakinlərdən bir neçəsinə də sual verib cavab əldə etdik, o halda onların hər biri “meşə zolaqları bərbad haldadır” deyə cavab verdilər.

     Əldə etdiyimiz digər məlumatlara görə, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin Nazim adlı qardaşı var və o, “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi”nin rayon şöbəsinin sədridir. Yəni, bu şəxs sahib olduğu imtiyaz və ixtiyarlardan yararlanaraq qardaşı Namiq Yusifova lazımi dəstəyini göstərir. Məsələn, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin Şəki şəhərində və şəhərə yaxın kəndlərdə kafesi, çayxanası, Şəkinin dağlıq hissəsində ferması, şəhər ərazisində çörəkbişirmə kombinatı (pekarnısı) və s. kimi obyektlərinin olduğu bildirilir. Elə ki, bu obyektlərlə bağlı Namiq Yusifova sual verib cavab əldə etmək istədik, o halda o, “əlbəttə, obyeklər bizim olmalıdır, bəs kimin olmalıdır” deyə əsəbii halda cavab verdi. Redaksiyamıza sızdırılan məlumatların birində isə vurğulanır ki, Namiq Yusifovun sahib olduğu var-dövlətin əsas himayədarı, məhz onun qardaşı, hansı ki, “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi”nin rayon şöbəsinin sədri vəzifəsini daşıyan Nazim adlı qardaşıdır. O halda ortaya belə bir sual da çıxır ki,  hansısa şəxs hansısa qurumda sədr vəzifəsini daşıyırsa, deməli həmin şəxs “çirkli işlər”ə himayədarlıq etməlidir?

     7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin idarəçiliyi haqda digər ilginc məlumatları da əldə edə bilmişik. Məsələn, “Plarama” işlədən şəxslərdən biri bizimlə söhbətində qeyd etdi ki, “Biz heç də özbaşına fəaliyyət göstərmirik. Yəni, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin icazəsi olmadan bir kimsə “sağa-sola addımını ata bilməz”. Elə ki, ayın sonu çatır, o zaman Namiq Yusifovun tapşırıq verdiyi şəxs yanımıza gəlir və bizim hər birimizdən aylıq “haqq-hesabı” alıb gedir”. Deməli, bütün bunlar onu sübut edir ki,  cənab Namiq Yusifovun hədsiz var-dövlətə sahib olmasının kökündə, bu kimi amillər də əsas rol oynayır. O halda sual oluna bilər ki, görəsən bu şəxs ETSN-ni niyə “topa tutur”, yeri gəldikdə “yıxıb-sürüyür” də. Deməli, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin vuran qolu, danışan dili var ki, o, bir kimsədən heç də ehtiyat etmir. Deməli, bu şəxsdən olduqca ehtiyat etmək lazımdır ki, ...

Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik. Mövzuya qayıdacağıq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO