kanal1

Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər

Tarix:24-06-2022, 12:14
Baxış Sayı:264 228



Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu bütün dünyaya bəyan etdikdən sonra, ilk vaxtlarda Dövlət Avtomobil Müfəttişliyi adı ilə fəaliyyətə başlayan yol polisi sahəsində ciddi dəyişikliklər həyata keçirildi. Yəni, illər keçdikcə bu sahədə çalışanların iş şəraitləri yaxşılaşdırıldı, lazımi normativ sənədlər yenidən işlənilib hazırlandı, xidmət sahələri üzrə təlimatlar ortaya qoyuldu və onların hər biri Daxili İşlər Nazirinin əmri ilə də təsdiq olundu. Belə ki, zamanın tələbinə uyğun bu sahədə müxtəlif məzmunlu islahatlar həyata keçirildikcə, yol hərəkətinin təşkilində və təhlükəsizliyinin təmin olunmasında müasir texniki vasitələrdən də istifadə olunmağa başlanıldı.  Unutmaq olmaz ki, hal-hazırda yol hərəkəti ilə bağlı hər kəsin həyat və sağlamlığının qorunması qarşıda duran əsas vəzifələrdən biri hesab olunur. Belə bir səbəbdəndir ki, bu sahədə hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətt üzrə davam etməkdədir. Bu baxımdan 1998-ci ilin iyul ayından qüvvəyə minmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu, məhz çox mühüm sənəd hesab etmək olar. Belə ki, bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri öz əksini tapmış, hətta yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar da geniş yer almışdır. Qeyd edək ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan olduqca asılı olur. Ən əsası küçələrdə, yollarda nəqliyyat vasitələrinin, həmçinin piyadaların fasiləsiz və rahat hərəkətlərinin təşkilində, avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi də əhəmiyyətli rol oynayır.

    Onu da qeyd edək ki, yol polisi əməkdaşlarının daşıdıqları vəzifə olduqca məsuliyyətli və tələbkarlıq tələb edən vəzifədir. Belə bir səbəbdəndir ki, hal-hazırda bu sahədə çalışanların daha çoxu üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk edib, məhz gündəlik fəaliyyətlərini qanunun tələbləri əsasında davam etdirirlər. Baxmayaraq ki, illər öncə yol polisi sahəsində yaşanan problemlər, əksəriyyətin üzləşdiyi qanunsuzluqlar və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta, elə hallar da olurdu ki, bu sahədə çalışan əməkdaşların atdıqları bir çox addımlar əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. İllər keçdikcə isə yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi və yol polisi sahəsində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, bu sahədə idarəçiliyin fərqli forması tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı ata biləcəkləri addımlarla bağlı lazımi maarifləndirmə tədbirləri həyata keçirildi, onların əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Qeyd edək ki, hal-hazırda yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər texniki avadanlıqların yol kənarlarına quraşdırılması, lazımi təminolunmaların həyata keçirilməsi başa çatdıqca, yol polisi sahəsində ümumi ab-hava da dəyişməkdə davam edir.

     Bəli, bu gün üzərinə düşən vəzifə borcunu layiqincə yerinə, tam əksəriyyətin hörmət və rəğbət hissi ilə qarşıladığı vəzifə sahiblərindən biri də, 2021-ci ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunan polis mayoru Eldəniz Həsənovdur. Qeyd edək ki, o, bu vəzifəyə təyin olunana qədər Göygöl Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsini daşıyıb. Bu şəxsin idarəçiliyi haqda bəzi məlumatları dəqiqləşdirərkən o da məlum oldu ki, Eldəniz Həsənovun ilk günlərdən tətbiq etdiyi idarəçilik, məhz bu şöbədə yeni ab-havanın əmələ gəlməsinə səbəb olub. Yəni, illər öncə müəyyən problemlərin yaşandığı Gəncə Dövlət Yol Polisi Şöbəsində hal-hazırda fərqli idarəçilik tətbiq olunur, hər sürücüyə qarşı fərqli münasibət  bəslənilir. Bir anlığa diqqət yetirək ki, yol polisi sahəsində kifayət qədər iş təcrübəsi, lazımi potensialı  və peşəkarlığı olan Eldəniz Həsənov, bu gün Gəncə şəhərində yol polisinin şəxsi heyyətinə qarşı böyük inam hissi formalaşdıra bilib. Belə ki, o, ara-sıra şəhər ərazisində həyata keçirilən xüsusi reydlərə rəhbərlik edir, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı qanunamüvafiq tədbirlər də gördürür. Məsələn, Gəncə DYPŞ-nin əməkdaşları tərəfindən istər gündüz, istərsə də gecə saatlarında xüsusi reylər keçirilir, bəzən məlum olur ki, yol hərəkəti qaydalarını daha çox 44 günlük Vətən savaşında iştirak edib “Qazi” adına sahib olanlar pozurlar. Bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Eldəniz Həsənovun rəhbərliyi altında yol polisi əməkdaşları, məhz həmin şəxslərə qarşı da qanunamüvafiq tədbirlərini görürlər. Bəli, əslində bu belə də olmalıdır. Çünki, Qanun heç kimə, o cümlədən “Qazi” adına sahib olanlara da ixtiyar vermir ki, yol hərəkəti qaydalarını pozsun, yaxud da hansısa formada avtoşluq etsin. Qeyd edək ki, bu gün istər şəhid ailəsi üzvlərinə, istərsə də “Qazi” olan hər kəsə qarşı dövlətimiz tərəfindən qayğı göstərilir, onların lazımi təminatları ödənilir. Ona görə də yaxşı olar ki, imtiyaz sahibi olan hər kəs öz məsuliyyətini hiss etsin və qanunun müəyyən etdiyi qaydalara uyğun addımlarını atsınlar.

    Əldə etdiyimiz başqa bir məlumatlara görə, hal-hazırda Gəncə DYPŞ-nin rəisi “Şah qanun deyil, qanun şahdır” prinsipini əsas tutub, məhz idarəçiliyini bu yöndə davam etdirir. Belə bir səbəb üzündən də, ötən 17 ay ərzində şəhər ərazisində yol-hərəkəti qaydalarının tənzimlənməsi istiqamətində ciddi addımlar atılıb, hansısa sürücünün yol polisi əməkdaşları tərəfindən əsassız hədələrlə, rüşvət tələb etmək istəkləri ilə üz-üzə qalmaları tamamilə aradan qaldırılıb. Bir sözlə, əsas narazılıq hissinin baş qaldırmasına səbəb olan amillərin varlığı yox edilib.  Faktdır ki, Eldəniz Həsənov Gəncə DYPŞ-nə rəis təyin olunduğu ilk günlərdən, əksər sələflərindən fərqli addımlarını atmağa başlayır. Yəni, bu şəxs idarəçiliyin elə bir qayda və formalarını tətbiq edir ki, heç bir sürücü hansısa haqsızlıqla üz-üzə qalmır. Sözsüz ki, belə bir addımların atılmasında, ilk öncə Eldəniz Həsənovun xarakterik xüsusiyyətinin göstəricisi, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, ən əsası bir vətəndaş olaraq özündə cəmləşdirdiyi potensialın göstəricisi əsas rol oynayır. Bu kimi səbəblər üzündəndir ki, hazırda Gəncədə bu şəxsi tanıyan hər kəs ona hörmətlə-izzətlə yanaşıb, öz etiramlarını bildirirlər.

     Qeyd edək ki, Eldəniz Həsənov harada hansı vəzifəni daşımasından asılı olmayaraq hər zaman sevilib, kollektiv arasında hörmət-izzət sahibi olub, hər kəsin xeyir-duasını qazanıb. Qeyd edək ki, bu şəxs xarakterik xüsusiyyətində nə qədər prinsipal olsa da, bir o qədər də humanizmi sevən vəzifə sahibidir. Yəni, o, hər zaman çalışır ki, haqqı heçbir halda nahaqqa qurban verməsin. Faktdır ki, Eldəniz Həsənovun yalnız bir amalı var, o da doğma Vətəninə və xalqına layiqincə xidmək etməkdir, hər kəsin məhəbbətini qazanmaqdır.  Odur ki, onu tanıyan hər kəs Gəncə DYPŞ-nin rəisinin şərəfli adı ilə fəxr edib, iftixar hissi də keçirir.

 R.Şəkixanov,
Azərbaycan Jurnalistlər Birliyi

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO