Xeyli müddətdir ki, Şəki şəhəri, Muxtar Hacıyev-14 ünvanında fəaliyyət göstərən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında qol qoyulan çoxsaylı qanunsuzluqlar, bənzəri olmayan biabırçılıqlar, olmazın həngamələr və s., həm geniş ictimaiyyətin müzakirə etdiyi, həm də əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Qeyd edək ki, hər dəfə baş verən iyrəncliklərə bu səhiyyə müəssisəsinin rəhbəri “əlahəzrət” Natiq İsmayılov hansısa “don geydirməyə” çalışsa da, deyəsən artıq bu şəxsin söylədiyi yalanlar “ayaq tutub yerimir”. Onu da unutmaq olmaz ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Natiq İsmayılov, çox zaman fırıldaq əməlləri ilə geniş ictimaiyyəti çaşdırmağı bacarıb. Baxmayaraq ki, bəzi nüfuzlu media qurumlarında yayımlanan məqalələrdə qeyd olunub ki, bu Xəstəxanada müalicə olunan bəzi xəstələrin əməyindən fiziki işlərin görülməsində istifadə olunur, heç bir əsas olmadan xəstələrin yaxınlarından pul alınır, hətta elə hallar da olur ki, xəstələr həkimlərin fiziki zərbələrinə “tuş gəlirlər”.