kanal1

Xətai rayon “Dalğa” əxlaqsızlıq ünvanında hər cür hoqqalara qol qoyulur

Tarix:19-09-2022, 18:27
Baxış Sayı:268 768


Son vaxtlar ölkəmizin bütün ərazisində insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilsə də, bu gün Bakı şəhəri ərazisində bir neçə əxlasızlıq yuvası var ki, onlardan biri də Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki “Dalğa” otelidir. Düzdür, indiyə kimi bu ünvanda çoxsaylı qanunsuzluq halları aşkarlanaraq ifşa olunub, bu obyektlə bağlı müvafiq tədbirlər də görülüb. Bütün bunlara baxmayaraq, yenə də “Dalğa” – istirahət mərkəzində oxşar problemlər yaşanmaqdadır. Faktdır ki, bu cür obyektlərdən gələn bəlaların cəmiyyətdə hansı fəsadları törətməsi dəfələrlə müzakirə olunub. Belə ki, bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər və s. məhz bu tip obyektərdən yayılmağa başlayır. Belə obyektlər isə, çox zaman  hanısa yüksək çinli məmurların himayəsində olur. Müxtəlif mənbələrdən redaksiyamıza bu obyektin fəaliyyəti ilə bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, “Dalğa” otelində təxminən 25-30 otaq var ki, burada xidmətçilərin çoxunu azyaşlı qızlar təşkil edirlər.  Ən əsası isə, buraya gələnlər hər şeyi öz gözləri ilə açıq-aşkar şəkildə görə bilirlər. Obyekt sahibi Sadiq adlı şəxs bir kimsədən çəkinmədiyini bildirir və bu əxlaqsızlıq yuvasında qiymətlər 30-40-50-60 AZN arasında dəyişir. “Dalğa” – otelinə girişin sol tərəfində “Dalğa Club” fəaliyyət göstərir. Vaxtilə bu məkan bir neçə dəfə bağlansa da, çox keçməyib ki, yenidən fəaliyyət göstərməyə başlayıb. Ətraf ərazidə yaşayan sakinlər bildirirlər ki, gecələr burada səs-küydən, dava-dalaşdan qulaqlar tutulur. Gecələr adı çəkilən bu fahişəxanada çalışan qızların sayı çox olsa da, gündüzlər cəmi 2-3 nəfər qız olur. Qeyd edək ki, mənbəmiz bu obyektə himayədarlıq edən məmurun adını bizə bildirib.
     Düzdür, bu gün Xətai rayonu ərazisində neçə-neçə əxlaqsızlıq ünvanları olsa da, həmin ünvanlar içərisində “Dalğa”nın adı daha çox məşhurdur. Çünki, bu ünvanda gün ərzində xeyli sayda “müştəri” qəbul olunur və hər gün bu obyektdə xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların kökündə, adı çəkilən bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün lazımi şəraitin olmasıdır. Xoşagəlməz hal odur ki, “Dalğa” adı ilə məşhur olan bu ünvan sadə sakinlərin məskunlaşdıqları əraziyə yaxın yerdə fəaliyyət göstərir ki, bu da onların haqlı narazılığına səbəb olur. Faktdır ki, bugünə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayıb yaşananlara kəskin iradlarını bildirmişlər və obyekt rəhbərliyinin əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atdığını da vurğulamışlar.
     Bəli, hal-hazırda yaşadığımız cəmiyyətin deqradasiyaya uğramasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, mənəviyyatımızın korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən bu ünvanın da müstəsna rolu var. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyət göstərmələrinə qarşı, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Sadiq adlı şəxsin  sahiblik etdiyi bu obyektdə və əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aşkar görünür. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, hətta obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlamadan, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Sadiq adlı şəxsin və onun arxasında dayanan “möhkəm əl”in yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Gəlin bu haqda düşünək, belə bir olaylar haqda götür-qoy edək.
Mövzuya qayıdacağıq.
Atvxeber.az  

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO