kanal1

İsrail Təhlükəsizlik Akademiyası: "Rusiyalı Sülhməramlıların qanunsuz hərəkətləri erməni məramlılıq və özbaşınalıqdır

Tarix:17-12-2022, 10:51
Baxış Sayı:1 321 594




Azərbaycanın işğaldan azad edilən ərazilərində yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Azərbaycan Ekoloqlarının‚ Televiziya jurnalistlərinin‚ ictimaiyyət nümayəndələrinin və həmçinin Qeyri Hökumət Təşkilatları təmsilçilərinin buraxılmaması qanunsuz hərəkətdir və bunu özbaşınalıq olaraq xarakterizə edirik. Rusiya sülhməranlı kontingentinin müvəqqəti məskunlaşdığı ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin və erməni separatçılarının ekoloji terror törətməsi‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talayaraq istismar etməsi növbəti hərbi cinayət halıdır. Ermənistan hərbi birləşmələrinin ekoloji terror törətməsi faunanı və atmosferi məhv etməkdir. Dünya ictimaiyyəti və aidiyyatı beynəlxalq təşkilatlar məsələyə biganə qalmamalı‚ aidiyyatı təşkilatlar bölgəyə səfər edərək məsələni araşdırmalıdır. Ekologiyanı çirkləndirmək  cinayətdir. Qarabağdakı qanunsuz erməni separatçı qüvvələri‚ İran rejiminə bağlı olan şirkətlər və şəxslərin özbaşına olaraq mütamadi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə gələrək bu ərazilərdəki Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvəti talan etməsi ilə Azərbaycan iqtisadiyyatına ağır maddi zərər dəyib. İran rejiminə bağlı şirkətlərin‚ SEPAH və ETTEELAAT-ın Qarabağdakı erməni separatçılarının olduğu və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yeraltı və yerüstü bütün təbii sərvətləri talayaraq terrora‚ silah‚ Nüvə proqramını genişləndirməyə sərf edir.  Son zamanlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə edilən qanunsuz səyahətlər və qanunsuz‚ özbaşına keçidlər rus sülhməramlılarının qanunsuz fəaliyyətindən və özbaşınalığından xəbər verir. Üstəlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bölgədə yoxlama və təftiş aparmasına‚ azərbaycanlı jurnalistlərin öz dədə-baba torpaqlarında çəkilişlər etməsinə və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə gələn azərbaycanlıların ərazilərə daxil olmasına ciddi cəhdlə mane olmaq və öz nəzarətlərində olan yerlərə buraxmamaq‚ artıq özbaşınalığın ən kobud halıdır. Belə sülhməramlı missiyası ola bilməz.  Hadisələrdən açıq görünür ki‚ Rus sülhməramlıların əməlləri rəsmən Azərbaycan ərazilərinin növbəti dəfə qəsb olunması faktıdır. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti sadəcə ərazinin təhlükəsizliyini təmin etməli olduğu halda‚ bunun əksini etməkdədir. 

Beynəlxalq qanunlara görə sülhməramlı statusunu yalnız BMT verir. Heçbir ölkə‚ heçbir zaman özbaşına sülhməramlı statusu daşıya bilməz. Bunun üçün həmin ölkənin BMT-dən mandatı olmalıdır. Yalnız BMT. T.Ş sülhməramlı olacaq ölkə və ölkələrə sülhməramlı mandatı təqdim edir. Eyni zamanda sülhməramlı missiyasında  bir ölkə yox‚ bir neçə ölkə iştirak edir. BMT tərəfindən mandat verilərək bir neçə ölkənin hərbi qulluqçusu sülhməramlı qismində BMT bayrağı altında bölgəyə yerləşdirilir və regionda sülhün qorunmasına xidmət edir. Beləcə‚ bir neçə ölkə sülhməramlı mandatı ilə‚ BMT bayrağı altında birgə fəaliyyət göstərir. Sülhməramlının fəaliyyəti və missiyası sadəcə ərazinin təhlükəsizliyini təmin etmək‚ hər hansı təxribat‚ pozuculuq və terror hadisələrinin qarşısını almaq‚ ərazidə sabitliyi qorumaq‚ insanların və mülki sakinlərin rahat və maneəsiz gediş-gəlişini təmin etməkdir.
Niyyəti sülh olmayan rus sülhməramlılarının isə BMT-dən heçbir sülhməramlı mandatı yoxdur. Yəni Rusiyanın sülhməramlı missiyası beynəlxalq qanunlarla və BMT Nizamnaməsi ilə tənzimlənmir və heçbir BMT mandatına sahib deyil. Rusiyanın Qarabağdakı sülhməramlı missiysı BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Görünən odur ki‚ hazırda Rusiyanın Qarabağdakı fəaliyyəti‚ yuxarıda qeyd olunan sülhməramlılıq anlayışının və prinsiplərinin əksinə olaraq sülhməramlılıq yox‚ ermənilərə dəstək olmaq‚ Azərbaycan razilərindəkii təbii sərvətləri talamaq‚ İran və Ermənistana sözügedən bölgədə şərait yaratmaq‚ erməni maraqlarını müdafə etməkdir. Azərbaycan dövlət orqanlarının fəaliyyətinə‚ mətbuatın çəkiliş aparmasına‚ ictimaiyyət nümayəndələrinin hərəkətinə ciddi cəhdlə mane olmaq‚ Azərbaycan torpaqlarınıı qəsb etmək‚ mənimsəmək anlamındadır.  İran və bir çox yerdən sülhməramlıların yerləşdiyi ərazilərə özbaşına və gizlin səfərlər edilməsi‚ Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin İrana daşınması və üstəlik buna sülhməramlıların şərait yaratması‚  Azərbaycanlıları və xüsusən Media nümayəndələrini isə əraziyə buraxmamaq özbaşınalığın ən üst həddidir. 
Azərbaycan Qeyri Hökumət Təşkilatları və media mənsublarının Qarabağda aksiya keçirtməsi haqq-ədalətin bərpa edilməsinə xidmət edir. Azərbaycan Qeyri Hökumət Təşkilatları və media nümayəndələrinin Laçın-Xankəndi magistral dəhlizini bağlaması‚ aksiyanın daha da genişlənməsi doğru və haqqlı addımdır. Azərbaycan haqqlı tərəfdir‚ işğala və əraziləri talana‚ özbaşınalığa və ərazisindəki təbii sərvətləri istismara məruz qalan tərəfdir. Beynəlxal hüquq Azərbaycanın tərəfindədir. Qanunsuz erməni birləşmələri və erməni separatçıları Azərbaycan torpaqlarını tərk etməlidir. Ermənistan tərəfi ekoloji terroru və Azərbaycan ərazilərinin gizli talamağı dayandırmalıdır. Açıq aşkar görünür ki‚  rus sülhməramlı qüvvələrinin dəstəyi ilə hazırda yerləşdikləri ərazilərdə talançılıq və istismarçılıq fəaliyyəti ilə məşğuldur. Qanunsuz erməni qüvvələrinin Azərbaycan ərazilərindəki yeraltı və yerüstü təbii sərvətlərinin istismar edilərək talanması işinə İranı və SEPAH-ı da cəlb edib. Rusiya sülhməramlılarının isə buna şərait yaratması beynəlxalq hüququ pozmaq‚ özbaşınalıq və qəsbkarlıqdır. Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvətlərinin‚ xüsusən qızıl-gümüş‚ digər qiymətli metalların və qiymətli təbii sərvətlərin talan edilərək gizli şəkildə məhz İrana daşınması‚ bu marşurut xətti ilə İran rejiminin kirli‚ mənfur siyasətini icra edən SEPAH və ETTEELAAT tərəfindən gizli şəkildə narkotik daşınması beynəlxalq miqyaslı cinayətdir. Rus sülhməramlıları buna şərait yaratdıqları üçün ərazini qapalı rejimdə saxlamağa çalışırlar. Bu səbəbdən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə Azərbaycanlıların daxil olmasına maneçilik törədilir. 

Bütün bu səbəblərə görə Xankəndi-Şuşa istiqamətində Azərbaycan Qeyri Hökumət Təşkilatlarının və Media nümayəndələrinin aksiya keçirtməsi zəruri və lazımlı addımdır. 
Biz‚ aksiyanın keçirilməsinə‚ aksiyaya gələn hər kəsə öz dəstəyimizi ifadə edirik. Azərbaycanın haqqlı mövqeyini‚ beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan ərazi bütövlüyünü‚ suverenliyini dəstəkləyirik və bütün təhlükə və təhdidlərə‚ təxribat və siyasi hücumlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bəyan edirik. 


İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO