kanal1

Bu gün Azərbaycan jurnalistlərinin böyük müəllimi, bütün həyatını sözə və mətbuata həsr etmiş professor Cahangir Məmmədlinin ad günüdür

Tarix:26-01-2023, 14:58
Baxış Sayı:119 856



Bu gün Azərbaycan jurnalistlərinin böyük müəllimi, bütün həyatını sözə və mətbuata həsr etmiş professor Cahangir Məmmədlinin ad günüdür. Onun 81 yaşı tamam olur.

Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Uzun illər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. Hazırda BDU Jurnalistika fakültəsinin dekani vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professordur.

İndiyədək 1000 - dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

2005-2018 ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsində çalışıbdır.
C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. 

Lakin onun vəzifə və titullarının üstündə olan əsas titulu müəllimliyidir. Azərbaycanın müasir jurnalistikasında öz yazıları, islahatçı təklif və layihələri ilə bərabər, bu müqəddəs peşə üçün çoxsaylı və dəyərli kadrlar yetişdirilməsində böyük rol oynayıb. Azərbaycan jurnalistikasının bir çox isimləri auditoriyalarda ilk peşə biliklərini məhz Cahangir müəllimdən alıblar. 

Cahangir Məmmədli  bütün həyatını Azərbaycan jurnalistikasına və mətbuatına həsr etmiş dəyərli ziyalımızdır. 
  Bu cür insanların özləri bir milli dəyərdir.

Cahangir müəllim haqqında fikir söyləmək həm məsuliyyətli  həm də şərəflidir.
Cahangir müəllim Ağdam rayon Novruzlu kəndinin dəyərli ağsaqqalı və görkəmli ziyalısıdır.
  Cahangir müəllim sadiq həyat yoldaşı, qayğıkeş ata və sevimli babadır.
"Atvaktual.az saytının baş redaktoru və komandası  adından Cahangir müəllimi ürəkdən təbrik edir.Ona uzun ömür can sağlığı,ömür yaradıcııq fəaliyyətində daha yüksək uğurlar arzu edirik.
Doğum gününüz mübarək!

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO