kanal1

Lahıcda torpaq uçqunu olub, yol bağlanıb - FOTO/YENİLƏNİB

Tarix:8-04-2022, 13:14
Baxış Sayı:140 740

Lahıcda torpaq uçqunu olub, yol bağlanıb - FOTO/YENİLƏNİB


“Torpaq uçqunu zamanı bağlanan Lahıcda yolu açılıb”.

Bunu oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dağdan yolun hərəkət hissəsinə qaya parçaları tökülmüşdü:

“Texnika və qüvvə cəlb etdik, qısa müddətdə daşlar yolun hərəkət hissəsindən kənarlaşdırıldı. Hazırda hərəkət bərpa edilib, hər-hansı bir problem yoxdur. Ərazidə güclü külək müşahidə olunur. Külək dağlardan xırda daşların yola doğru tökülməsinə səbəb ola bilər. Bu üzdən ərazi agentliyin xüsusi texnikalardan ibarət qrupu tərəfindən nəzarət altında saxlanılır ki, hər hansı bir problem yaşanmasın”.

***
İsmayıllı rayonunda torpaq uçqunu olub.

Apa-nın xəbərinə görə, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib. Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub. Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyirlər.




Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO