kanal1

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun qardaşı: “Əlimdə videofaktlar var” - YENİLƏNİB

Tarix:29-06-2022, 13:07
Baxış Sayı:91 708

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun qardaşı: “Əlimdə videofaktlar var” - YENİLƏNİB


“İki variant var: Ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi”. 

Bunu tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharının səbəbləri ilə bağlı qardaşı Elçin Vəliyev “Cebhe.info”ya açıqlamasında deyib. 

Mərhumun qardaşı hələlik bacısının həyat yoldaşı və ailəsinin ortalıqda görünmədiklərini bildirib. Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:

“Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdılar ki, Xalidə intihar edib”. 

Elçin Vəliyev bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib: 

“Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək”.  

***
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

 APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.

Həkimin yaşadığı binada təmizlikçi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:

“Həyat yoldaşı işə gedib-gəlir, heç bir psixoloji problemi yoxdur. Özü də Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. İki övladları var - bir qız, bir oğlan. Həyəti təmizləyirdim, eşitdim ki, nəsə yerə düşdü və uşaqlar qışqırışdı. Gördüm başqa binadan adamlar baxır, dedi, adam yıxılıb. Eşitdim ki, Xalidə xanımdır. Baxdım ki, qanın içindədir. Beli, ayaqları qırılmışdı. Həyat yoldaşı və uşaqlar gəldi. Hamısı evdə idilər. Yoldaşı çox pis idi, cəsədə baxdı, qayıtdı. Polislər və təcili tibbi yardım gəldi, götürüb apardılar. Xalidə xanımın qardaşı, valideynləri də gəlib-gedirdi. Gözəl insanlar idi, bir dəfə pislik görməmişəm”.

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, mərhumun həyat yoldaşının psixoloji problemləri olduğu xəbəri yayılmışdı. Bildirilirdi ki, o, 10 ilə yaxındır evdə qapalı şəraitdə qalırmış.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO