kanal1

"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO

Tarix:15-04-2023, 10:04
Baxış Sayı:256 967

"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO


Dünən axşam saatlarında Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsindən iki böyük yük maşını keçərkən fəsada yol açıb.

Bu barədə məlumat verən sakinlər bildirib ki, "TIR"lar küçədən keçərkən dirəkləri və üzərilərində olan naqilləri zədələyib.

"Bu boyda maşınla məhəlləyə giriblər. İşıq kabeli idi, ya da telefon naqili dirəkdən çıxıb yola düşdü. "TIR"lar küçədə bir neçə dəqiqə hərəkətsiz qaldılar. Bu da bizim alternativ yola çevrilib tıxanan məhəlləni bir xeyli iflic vəziyyətinə saldı. İnsanlar şəhərdən kənarda yaşayır ki, maşın səsi onları narahat etməsin, amma bizim küçə az qala, magistral şoseyə dönüb. Camaatın köməyi ilə yolu bağlayan naqilləri dirəyə keçirtdik, "TIR"lara yardım elədik ki, gediş-gəliş qaydasına düşsün. Get-gedə vəziyyət daha da pisləşir. Hər gün məhəlləmizdə bir neçə dəfə tıxac yaranır. Maşını olanlar həyətlərindən çıxa bilmirlər. Piyadaların hərəkəti çətinləşir", -  deyə məhəllə sakini bildirib.



Qeyd edək ki, Bakıda ara məhəllələrin alternativ yol kimi işlək "tras"a çevrildiyi haqda məqalə dərc etmişdik.

<embed width="640" height="360" src="https://player.olke.az?v=16842&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum
Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM