kanal1

Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır... - Avropa çempionlarımız

Tarix:14-06-2022, 16:00
Baxış Sayı:191 588

Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır... - Avropa çempionlarımız


Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa Çempionatındakı qələbəsi ölkədə böyük səs-küy yaratdı.

 “Qafqazinfo” xəbər verir ki, bunun müxtəlif səbəbləri var idi. Əsas səbəb heyətin tamamilə azərbaycanlılardan təşkil olunması idi. Sosial şəbəkə istifadəçiləri də bunu xüsusi qeyd edirdi. Digər məsələ isə yığmamızda çıxış edənlərin əksəriyyətinin həvəskar futbolçu olmasıdır. Onların bəziləri hətta başqa sahələrdə çalışırlar, yalnız həvəskar meydançalarda top qovurlar.

Komandamızın üzvlərindən olan Rəvan Kərimov müəllim işləyir. O, Bakı şəhəri, 101 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.



Mirmehdi Rzayev isə Sumqayıtda yaşayır və elə orada işləyir. O, “klyonka” sexində çalışır. Lakin futbola olan marağı onu yaşıl meydançalardan uzaq qoymur.



Asif Zeynalov həm çimərlik futbolunda, həm həvəskar futbolda oynayır. O, həmçinin Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Briqadasında çalışır. 



Vüsal İsayev isə həm futbol, həm də futzal idman növü ilə məşğuldur. O, futzal üzrə yüksək liqada da çıxış edib.



Təmraz Əmircanov peşəkar futbolçu olsa da, karyerasını bitirmək məcburiyyətində qalıb. Türkiyədə legioner həyatı yaşamış Əmircanov hazırda yalnız həvəskar futbol oynamaqla məşğuldur.



Taleh Babayev də ömrünü futbola həsr edib. Həvəskar futbolda pul qazanan Babayev “La Masia” uşaq məktəbində ikinci məşqçi kimi də fəaliyyət göstərir.



Millimizin digər üzvü Tanrıverdi Məhərrəmli də yalnız futbol oynamaqla məşğuldur. O, həvəskar meydanlarda tanınan oyunçulardan biridir.



Komandanın digər üzvləri Bəxtiyar Soltanov, Davud Kərimi, Tural Nərimanov ölkə çempionatlarında, Premyer Liqada kifayət qədər klubların heyətində çıxış ediblər və tanınırlar. Vitali Borisov isə Azərbaycan futzal millisinin üzvü olub və uzun illər komandamızın şərəfini qoruyub. 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO