kanal1

Azərbaycanda yeni salınacaq park belə olacaq - FOTO

Tarix:28-04-2023, 15:30
Baxış Sayı:119 856

Azərbaycanda yeni salınacaq park belə olacaq - FOTO


Məlum olduğu kimi, işğaldan azad olunmuş Füzuli rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə Mərkəzi Park salınır.
 
 Qarabağ Dirçəliş Fondu xəbər verir ki, şəhərin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatı nəzərə alınaraq parkın 22,47 hektar ərazidə salınması planlaşdırılır.
 
Hazırda Fondun sifarişi və maliyyə dəstəyi ilə şirkətlərdən biri tərəfindən Füzuli Mərkəzi Parkının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir. Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
 
Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən ilin mayında Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.
 
Parkın layihəsində yer alan fotoları təqdim edirik:

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO