kanal1

Azərbaycanda ana dilimizə həssas yanaşma siyasi varislik və ənənələrə sadiqliklə təmin edilir

Tarix:26-07-2022, 13:49
Baxış Sayı:35 412

Azərbaycanda ana dilimizə həssas yanaşma siyasi varislik və ənənələrə sadiqliklə təmin edilir


Milli-mənəvi dəyərlərimizə, Azərbaycan xalqının mədəni-tarixi irsinə münasibətində hər zaman böyük həssaslıq nümayiş etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin ana dilimizə verdiyi yüksək dəyər möhtərəm dövlət başçımızın dediyi bu sözlərdə də öz əksini aydın şəkildə tapır: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.” Həqiqətən də bu gün respublikamızda Azərbaycan dilinin qorunması və imkişafı dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biridir.

Lakin doğma dilimizin yad ünsürlərin təsirindən qorunması, dövlət dili statusuna qalxaraq bugünkü səviyyəyə çatması heç də asan başa gəlməmişdir. Birmənalı olaraq deməliyik ki, bu nailiyyətlərin əldə olunmasında müstəsna rolu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev oynamışdır. Ulu Öndər Azərbaycan respublikasına rəhbərliyə gəldiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub, həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllini təmin edib. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.

Həmçinin müstəqillik illərində ümummilli lider Heydər Əliyev imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. Ulu öndərin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır.

Bu gün doğma dilimizin qorunması və inkişaf etdirilməsi siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Dövlət başçısı tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bu Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Öz çıxışlarının birində möhtərəm Prezidentimiz demişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Həqiqətən də bu gün ölkəmizdə ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir və tədbirlər milli irsimizin qorunub-saxlanmasına, dünyada getdikcə daha çox tanınmasına misilsiz töhfələr verməkdədir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

AHİK sədri Səttar Möhbalıyev sanatoriya və müalicə pansionatlarına baxış keçirib - FOTOLAR
AHİK sədri Səttar Möhbalıyev sanatoriya və müalicə pansionatlarına baxış keçirib - FOTOLAR
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Nazir kapitanı rəis təyin etdi
Nazir kapitanı rəis təyin etdi
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Prezident Türkiyəyə işgüzar səfərə gedib