kanal1

Gənclərin cinsi istəyi zəifləyib, ona görə evlənmirlər - Rəşid Mahmudov

Tarix:17-01-2022, 16:00
Baxış Sayı:149 366

Gənclərin cinsi istəyi zəifləyib, ona görə evlənmirlər - Rəşid Mahmudov


Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini deyir.
Bunu müxtəlif səbəblərdən qaynaqlandığı bildirilir. Bəziləri düşünür ki, gənclərin evlənməməsinin psixoloji səbəbi  onların “azadlıq”larını itirməmək istəyidir. Qeyd olunur ki, qadınlar isə məsuliyyətdən yaxasını kənara çəkmək və ev işləri görməmək üçün istəmir.
Sadalanan səbəblər arasında evli şəxslərin ailə qurmaq niyyəti olan gəncləri həvəsdən salması da var.
Tibb elmləri namizədi Rəşid Mahmudov mövzu ilə bağlı Ölkə.Az-a danışarkən söyləyib ki, gənclərin evlənmək istəməməsinin səbəbi palma yağı ilə bağlıdır:

“Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir. 
Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır. Bunların hamısının səbəbini qidada görmək lazımdır. Qidamızı düzəltsək, yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO