kanal1

Dinimizə görə zəlzələdə ölən tələbələrimiz şəhid sayılır – Hacı Şahin

Tarix:23-02-2023, 10:24
Baxış Sayı:167 526

Dinimizə görə zəlzələdə ölən tələbələrimiz şəhid sayılır – Hacı Şahin


Türkiyədə baş verən zəlzələlərdən sonra həlak olan şəxslərin şəhid hesab olunub-olunmaması müzakirə mövzusudur.

Qonşu ölkədəki təbii fəlakət nəticəsində ölənlər arasında 4 azərbaycanlı tələbə ilə yanaşı, bir neçə nəfər azərbaycanlı da olub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli suallara aydınlıq gətirib. 
“Elm üçün evindən çıxıb hansısa bir ölkəyə gedən və yolda, hətta həmin o məkanda təbii əcəllə də dünyasını dəyişən insan şəhid sayılır. Hədislərdə qeyd olunur ki, elm arxasıyca gedib yolda və yaxud elm öyrəndiyi yerdə dünyasını dəyişən insanlar şəhid sayılır. Ona görə də bu mövzunu tələbələrə aid etmək olar. Onlar şəhidlik zirvəsinə ucalmış sayılır. Bu, islam dinin elmə verdiyi önəmin göstəricisidir”.

İlahiyyatçı zəlzələ nəticəsində həlak digər azərbaycanlılarla bağlı mövzuya da toxunub:

“Ayrı-ayrı hədislərdə qeyd olunur ki, məsələn, ruzi arxasıyca gedən də həmin yolda, o, iş uğrunda vəfat edərsə, şəhid sayılır. Məsələn, ruzi qazanan Allah yolunda döyüşmüş kimidir. Belə hədislər var. Bu kimi insanlara şəhidlik mövzusunu aid etmək olar”, - deyə o söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 km olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Malatya İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə həlak olublar. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
Bu gün Türkiyə Kubokunun qalibi müəyyənləşəcək
Bu gün Türkiyə Kubokunun qalibi müəyyənləşəcək
ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
Prezident onu yenidən icraçı direktor təyin etdi
Prezident onu yenidən icraçı direktor təyin etdi
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb - Video
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb - Video
Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir