kanal1

Elton Rusiyadakı toydan sərvət qazandı

Tarix:13-12-2021, 15:30
Baxış Sayı:141 206

Elton Rusiyadakı toydan sərvət qazandı


Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl uzun fasilədən sonra Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edərək, "Buralar üçün lap darıxmışdım" şərhini yazıb.

Axşam.az məlumatına görə, sənətçi toy qiymətlərini daha da bahalaşdırıb. Elton Rusiyada bir məclisi idarə etmək üçün 25 min dollar (təxminən 42 500 manat) tələb edib. Bu qiymətə onun təyyarə bileti və qalmaq pulu da daxildir.

Hazırda sənətçinin bütün işlərini özü edən həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva xəbəri Axşam.az-a təsdiqləyərək bunları əlavə edib:

"Əgər ansambılla gedirsə 25 min dollar istəyir. Bura bütün musiqiçilərin də biletpulu daxildir. Əgər Elton tək gedirsə onda qiymət 20 min dollardır. Elton Bakıda toya ansambılla birlikdə 15 min manata gedir".

Tamilla E.Hüseynəliyevin Rusiyaya girişinə qadağa qoyulması haqda şayiələrə də münasibət bildirib:

"8 il əvvəl bir dəfə Rusiyaya bilet alınanda geri qayıtdı ki, cəriməmiz var. ödədik və yenidən bilet aldıq. Amma son vaxtlar belə hadisə olmayıb. Elton pandemiyaya görə Rusiyaya getmirdi. Eyni zamanda toy qiymətini artırıb, o pulu ödəməyəndə razılıq vermirik. Bu qiymət də bir çoxlarına sərf etmir".

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Gələn il hansı məhsullar bahalaşa bilər?
Gələn il hansı məhsullar bahalaşa bilər?