kanal1

İran agenturasının Azərbaycan ayağı... - NƏ ETMƏLİ?

Tarix:24-01-2023, 15:30
Baxış Sayı:7 718



Bir neçə həftədir ki, İran mediasında barəmizdə yürüdülən vay-şüvəni bəziləri sosial media şəbəkələrində yaymağa başlayıblar. Eyni zamanda Azərbaycanın etnik tərkibi ilə bağlı təhrif olunmuş materiallar, xəritələr yayılır. Prosesin miqyasının genişlənməsi artıq bəzi ictimai nüfuzlu şəxslərin etirazlarına səbəb olmaqdadır. Məsələn, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı facebook səhifəsində yazıb ki, belə bir xəritəni tanınmış jurnalist Əziz Rzazadə yayıb.

Onun yaydığı xəritənin 1880 -ci ilə məxsus Bakının etnik tərkibi ilə bağlı ruslar tərəfindən tərtib edilmiş saxta xəritə olduğunu Akif Aşırlı bildirir və qeyd edir ki, belə bir etnik xəritəni ortaya cıxarmaqda məqsəd İranın və Ermənistanın marağına xidmətdən başqa bir şey deyil: “Soyadını Rzazadə edən hörmətli Əziz Rzabəyli ilə uzun müddət "7 Gün" qəzetində bir yerdə calışmışıq. İnsafən də peşəkar qələm sahibi olduğuna şübhə yoxdur, hətta bir çoxumuzun qələminin püxtələşməsində əməyi var. İnsanın soy-kökünə bağlı olmasında və bunu cəkinmədən söyləməsində problem yoxdur. Amma bizim media cameəsində hörmət bəslədiyimiz bu şəxs xeyli müddətdir ki, talışçılıq adı altında İranın maraqlarına xidmət edir, statuslar yazır, İran mediasında barəmizdə yürüdülən vay-şüvəni sosial media şəbəkələrində yayır. Özü də peşəkar olduğu üçün bu işi ustalıqla aparır.

Bir qədər əvvəl haradansa ona göndərilən 1880-ci ilə məxsus Bakının etnik tərkibi ilə bağlı xəritə çap edir. Belə bir etnik xəritəni ortaya çıxarmaqda məqsəd İranın və Ermənistanın marağına xidmətdən başqa bir şey deyil. Bu xəritə nə zaman çap olunub ona baxmaq lazımdır, bu, 1880-ci illəri əhatə edir, yəni 1876-1877-ci illərdə Türkiyə-Rusiya müharibəsi dövrü. Həmin dövrdə Qafqazda olan türklərin sayını azaltmaq, statistikanı təhriflərə uğratmaq Rusiyada İlimiskilərin, Salavyovların planı idi. Həmin dövrdən başlayaraq Qafqazdakı türklərə hansı adı qoymaq barədə müzakirələr açılır, bəzi Azərbaycan türk ziyalıları da, ilk mətbuat nümunələrimizdə müzakirələrə qatılırdı, onlara hansı göstəriş verilirdisə onlar da deyilənləri müdafiə etməyə məcbur olurdular. Tat, tüzem, tatar və digər adlar fikirləşirdilər ki, Anadolu türkləri ilə buradakı türklərin arasına ayrılıq, sədd çəkilsin. Məqsəd bundan ibarətdir. Xəritə də yəqin bu məqsədlərdən doğub. Anlayıram, bir müddət bir yerdə calışdığımız Əziz Rzabəyli niyə son illər bəy titulunu zadəyə dəyişib. Bütün statusları, yazıları, paylaşımları bu qədim dostumuzun fikrən İranın təsir dairəsində olduğunun göstəricisidir, vaxtaşırı bu zərərli, məqsədli statuslarını cəmiyyətə sırımaqla məşğuldur. Bir tarixi faktı da nəzərə catdırıram, 1918-ci ildə Qafqaz İslam Ordusu olmasaydı, Əziz Rzabəylinin talış babaları türklərlə birgə ermənilərin qırğınına məruz qalacaqdı, ən azından islam ümmətindən olduqlarına görə. O ki qaldı Bakının etnik tərkibinə, məncə, ən yaxşı məxəz rusların kameral təsvirlərindən cox Məhəmməd Baharlının 1920-ci ildə yazdığı kitabda var".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, məhz indi bu cür xəritələrin eşələnib haradansa tapılaraq yayılması və İran mediasında Azərbaycan əleyhinə yazılanların tirajlanması İranın buradakı gizli şəbəkəsini hərəkətə gətirməsinin əlamətləridir. Xüsusi xidmət orqanlarımız buna görə ciddi tədbirlər görməlidir: “Artıq İran rəsmi mediası açıq şəkildə Azərbaycana, onun siyasi rəhbərlərinə, birinci şəxsə və xalqımıza qarşı həqarət dolu materialları yayırlar, danışırlar. Bütün etik normaları molla rejimi aşır. Tək böhtan atmırlar, həm də öz əxlaqlarına uyğun təhqirlərə yol verirlər. Sanki molla rejimi İranda yaşayan xalqların kütləvi narazılığının acığını Azərbaycana yönəldir. Aylardır xalq molla rejiminin hakimiyyətdən getməsi ilə bağlı mitinqlər edirlər və bu aksiyalar səngimək bilmir. Çünki xalq mollalardan bezib və onların hakimiyyətdən rədd olması üçün sakitləşmir. İran tv-ləri həm Azərbaycanda yaşayan etniklərdən, talişlardan, ləzgilərdən öz çirkin məqsədləri üçün yarınmaq istəyini ortaya qoyur. Bu, 30 il bundan qabaq da Azərbaycana qarşı Rusiya və İranın hazırladığı məqsədli plan olub. O vaxt bunun qarşısını ustalıqla mərhum Prezident Heydər Əliyev aldı. İndi də eyni dairələr həmin niyyətlərini ortaya qoymaq istəyirlər. Cənab Prezident və xalqımız bunların hansı məqsədlərlə olunduğunu çox yaxşı bilir. Akif Aşırlının yazdıqları ilə tanışam. Tam əminəm ki, Əziz Rzazadənin yaydığı xəritə saxtadır. Zamanında Rusiya məqsədli şəkildə bu cür saxta xəritələr çap edib. İndi sual yaranır ki, Əziz hansı məqsədlə bu saxta xəritəni yayır. Bildiyim qədər Əziz Rzazadə etnik baxımdan talışdır və talış olduğuna görə indiyə qədər burada hər hansı ayrı-seçkiliklə üzləşməyib. Onun Akif Aşırlının da gündəmə gətirdiyi məlum fəaliyyəti isə ciddi şəkildə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Azərbaycan dövlətinin suverenliyinə bir kimsə kəm baxa bilməz. Baxarsa, qanun qarşısında cavabını almalıdır. Talışlar, ləzgilər, avarlar və digər azsaylı xalqları təmsil edən vətəndaşlarımız biz türklərlə qardaşdırlar. Hamımızın bir vətəni var - Azərbaycan! Hamımız bu vətən uğrunda illərdir savaşırıq, şəhidlər veririk. Şəhidlərimizin ruhuna və vətənə xəyanət etmək qətiyyən olmaz. Kim vətənə naxələf çıxacaqsa, qanun qarşısnda cavab verəcək. İstər bu, türk olsun, istər ləzgi, istər talış, istər başqası. Xəyanət heç kimə bağışlanmır”.
“Yeni Müsavat”

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır
Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır
Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”
Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”
İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - VİDEO
İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - VİDEO
İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - ANBAAN VİDEO
İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - ANBAAN VİDEO