kanal1

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı - SƏRƏNCAM

Tarix:20-12-2021, 09:09
Baxış Sayı:105 790

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik
Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik
SON DƏQİQƏ: Ərdoğan xalqa müraciət edir - CANLI VİDEO
SON DƏQİQƏ: Ərdoğan xalqa müraciət edir - CANLI VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
İlham Əliyev Ərdoğana zəng edib
Bakı Ərdoğanın qalibiyyətinə hazırlaşır - VİDEO
Bakı Ərdoğanın qalibiyyətinə hazırlaşır - VİDEO
AKP-də qələbə sevinci: Prezident Sarayına yürüş...
AKP-də qələbə sevinci: Prezident Sarayına yürüş...
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"
Azərbaycanda Müstəqillik Günüdür
Azərbaycanda Müstəqillik Günüdür