kanal1

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

Tarix:5-10-2023, 08:39
Baxış Sayı:20 431

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib


Təbrikdə deyilir:

“Mənalı və şərəfli ömrünü dövlətimizin inkişafına, xalqımızın parlaq gələcəyinə həsr edən əziz müəllimlərimizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan həyat, məsuliyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayıram.
Dəyərli müəllimlər! Peşəkar fəaliyyətinizlə hər zaman cəmiyyətimizin təhsilə, təhsil işçilərinə inamını artırır, bu peşənin nüfuzunu yüksəldir, müəllim adını, şərəf və ləyaqətini uca tutursunuz. Gənclərimizdə fəal vətəndaş mövqeyinin formalaşmasında, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə olunmasında, milli və bəşəri dəyərləri mənimsəməsində, müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasında Sizin fədakar əməyiniz danılmazdır. Əminliklə deyə bilərik ki, Siz gənclərimizə verdiyiniz yüksək keyfiyyətli təhsillə ictimai etimad və hörmətə hər zaman layiq olmusunuz.
Təhsilin inkişafı, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində zəruri tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.
Əziz müəllimlər, hörmətli təhsil işçiləri, bir daha Sizi bu əlamətdar Gün münasibətilə təbrik edir, sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, mənalı və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda