kanal1

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olunub

Tarix:29-09-2022, 15:05
Baxış Sayı:27 697



44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntiqam Bəxtiyar oğlu Şirəliyevin ikinci ildönümü münasibətilə Göyçayın Potu kənd qəbiristanlığında məzarı ziyarət olunub.
Şəhadətinin ikinci ildönümü ilə əlaqədar keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin təhsil aldığı Potu kənd tam orta məktəbin giriş hissəsində yerləşən şəhid İntiqam Şirəliyevin baralyefinin açılışı mərasimi oldu.
Sonra məktəbin İntiqam Şirəliyev adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev mərasimdə çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin asan olmadığı, İntiqam və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Çıxış edən digər natiqlər qeyd etdilər ki, illər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.
Qeyd olunub ki, şəhid İntiqam Şirəliyev 08.10.1997-ci il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  07.12.2019-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.















Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda