kanal1

Ağır ankoloji xəstə dərmanlarını ala bilmir - Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyndən Prizidentə şikayət -VİDEO

Tarix:19-10-2022, 20:10
Baxış Sayı:19 526

Ağır ankoloji xəstə dərmanlarını ala bilmir - Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyndən Prizidentə şikayət -VİDEO


BİA.az xəbər verir ki, Ağsu rayon, Zərqava kənd sakini Məmmədov Məsud Mürsəl oğlu üzləşdiyi ağır problemlə bağlı, videogörüntü vasitəsilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib.

Saytımız vasitəsilə müraciətin yayılmasını xahiş edən M.Məmmədov, 5 ay əvvəl mədəaltı vəz əməliyyatı keçirdiyini, ağır ankoloji xəstə və "Hepatit B" daşıyıcısı olduğunu, eləcə də şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək, xəstəlik tarixçəsi ilə bağlı tibbi sənədlərini və reseptlərin surətlərini də redaksiyamıza göndərib. M.Məmmədovun şikayəti Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyndəndir.

Şikayətçinin sözlərinə görə, xəstəliyini, keçirdiyi əməliyyatın növünü və digər xəstəliklərini əks etdirən sənədləri Ağsu Rayon Mərkəzi Xəstəxanası vasitəsilə Şamaxı Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyn ağır xəstənin sənədlərini təsdiq edib, aidiyyatı üzrə dövlət qurumlarına göndərmir ki, 2012-ci ildən ikinci qrup əlilliyi təyin olunmuş, lakin 16 ay əvvəl pensiyası kəsilmiş M.Məmmədovun əlliyi bərpa olunsun və xəstəliyinə uyğun dövlət tərəfindən nəzərdə tutulan pulsuz dərmanları alıb, istifadə edə bilsin. M.Məmmədovun bildirdiyinə əsasən, ağır xəstələrin halına zərrəcə acımayan Emin Hüseyni, ümumiyyətlə, iş yerində tapmaq daha böyük müşkülə çevrilib. Əməliyyatdan ötən 5 ay müddətində həyati vacib dərmanları Emin Hüseynin saymazlığı ucbatından əldə edə bilməyən ağır ankoloji xəstə M.Məmmədov, son ümid yeri kimi, dövlət başçısına müraciət etmək məcburiyyətində qaldığını vurğulayır.












Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda