kanal1

Səttar Möhbalıyev: “Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır”

Tarix:27-01-2023, 13:13
Baxış Sayı:19 976

Səttar Möhbalıyev: “Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır”


“Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum birmənalı şəkildə vəhşi terror aktıdır, məsuliyyətli tərəflər mütləq ifşa olunmalı və cəzalandırılmalıdır. 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Baş verən hadisənin görüntülərindən də aydın olur ki, İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini ya zəif təşkil edib, ya da, ümumiyyətlə, beynəlxalq hüquqla üzərinə düşən öhdəliklərə məhəl qoymayıb. Məlumdur ki, belə oxşar hadisələr İran tarixində daha çox baş verir və təşkil olunur”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycana, onun xalqına, Güneydə yaşan soydaşlarımıza, həmçinin sivil dünyaya qarşı törədilmiş xain hücumdur və mütləq beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qınanılmalı və tədbir görülməlidir: “Səfirliyin yerləşdiyi ölkə olaraq İran bilavasitə məsuliyyət daşıyır və Azərbaycan tərəfinə rəsmi cavab verməlidir. Hazırda terror aktının izini itirmək üçün müxtəlif bəhanələrə əl atılır, hadisəyə məişət donu geyindirməyə çalışırlar. Amma bu faciə, qanlı hadisə dəqiq araşdırılmalı, motivləri obyeyktiv açıqlanmalıdır”.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda