kanal1

Səttar Möhbalıyev: “Azərbaycanla Albaniya arasında əməkdaşlıqda yeni səhifələr açılır”

Tarix:10-07-2023, 13:05
Baxış Sayı:24 972

Səttar Möhbalıyev: “Azərbaycanla Albaniya arasında əməkdaşlıqda yeni səhifələr açılır”


“Öz müsbət imici ilə beynəlxalq münasibətlər sistemində mövqelərini durmadan möhkəmləndirən Azərbaycan müxtəlif dövlətlərlə, həmçinin regional və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməkdədir. Həm dövlətimizin iqtisadi gücünü, həm də təşəbbüskarı olduğu və reallaşdırdığı layihələrin əhəmiyyətini dərindən dərk edən dünya dövlətləri ölkəmizə xüsusi maraq edir, əlaqələrini inkişaf etdirməyə çalışırlar. Bunu şərtləndirən digər amillər arasında ölkəmizdə möhkəm və sarsılmaz sabitliyin bərqərar olması və Azərbaycanın etibarlı tərəfdaş adını qazanmasıdır. Təbii ki, bu nailiyyətlərin əldə olunması bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Dünyada gedən proseslərin mürəkkəb və gərgin olmasına baxmayaraq, məhz cənab İlham Əliyevin müdrik idarəçiliyi sayəsində ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdə özünəməxsus yer tutur. Əminliklə deyə bilərik ki, bu gün dünya coğrafiyasında elə bir Azərbaycan var ki, o, sözün əsl mənasında, ən əhəmiyyətli ölkələr siyahısındadır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə münasibətlər təşkil edir: “Bu ölkə ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı əməkdaşlıq hər zaman yüksələn xətlə inkişaf edib. Təşkil olunan qarşılıqlı rəsmi səfərlər və imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha da genişləndirib. Ötən il Prezident İlham Əliyevin Albaniyaya səfəri, eyni zamanda bu ölkənin Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfərə gəlməsi ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir. İndiyə kimi əgər əməkdaşlığın əsas hissəsini enerji sahəsi təşkil edirdisə, artıq digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi müzakirə mövzularındandır”.
“Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan Trans-Adriatik Boru Kəmərinin həyata keçirilməsində Albaniya ilə uğurlu əməkdaşlıq edib. Təbii ki, bu layihə bütün region dövlətlərini, o cümlədən Azərbaycanla Albaniyanı biri-birinə yaxınlaşdırıb. Cənab Bayram Beqay ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşdə beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət, ticari, iqtisadi və investisiya məsələləri müzakirə olunub. Həmçinin turizm, kənd təsərrüfatı sahələrinə sərmayə yatırılması nəzərdən keçirilib. İnanırıq ki, bütün bunlar münasibətləri yeni müstəviyə daşıyacaq və hər iki ölkənin iqtisadi imkanlarını daha da artıracaq”, - Milli Məclisin deputatı deyib.

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız