kanal1

Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm

Tarix:24-04-2026, 14:22
Baxış Sayı:2 705


Cənubi Qafqaz özünün sürətli dəyişikliklər mərhələsini yaşayır. “Bakı-Xəbər”in məlumatına görə, bu fonda gürcü politoloq Paata Zakareişvili deyib ki, əsas məsələ artıq kimin əraziyə nəzarət etməsi deyil, kimin marşrutlara və infrastruktura nəzarət etməsi, həmçinin, qlobal sistemlərə inteqrasiya olunmaq qabiliyyətidir.


Politoloq hesab edir ki, bu yeni reallıqda Azərbaycan mərkəzi qovşağa çevrilir, Ermənistan duruma uyğunlaşır və Rusiyadan asılılıqdan çıxış yolları axtarır. Ekspertə görə, Türkiyə regionun arxitekturasını formalaşdırır, Rusiya və İran transformasiyanı məhdudlaşdırmağa çalışır, Gürcüstan isə strateji qeyri-müəyyənlik vəziyyətində qalır.  Politoloq habelə xatırladıb ki, Cənubi Qafqaz uzun müddət münaqişələr, dondurulmuş böhranlar və xarici nəzarət məkanı kimi qəbul olunub. Onun fikrincə, Bakı daha çox əraziyə deyil, regionda vektorların hərəkət qaydalarına nəzarət edir. Həm mövcud, həm də planlaşdırılan əsas marşrutlar Azərbaycandan keçir. Bu isə onu, sadəcə, iştirakçı yox, həm də yeni regional məntiqin həmtəsisçisi edir. Əhəmiyyətli məqamlardan biri də odur ki, Azərbaycanın siyasəti praqmatik olaraq qalır. Türkiyə ilə sıx müttəfiqliyə baxmayaraq, Bakı Rusiya, Qərb və hətta İsraillə münasibətləri balanslaşdıraraq öz strateji üstünlüyünü qoruyur. Bu, onun bir gücdən asılı vəziyyətə düşməsinin qarşısını alır və müstəqil mərkəz kimi mövqeyini gücləndirir...


Politoloq Züriyə Qarayevanın sözlərinə görə, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb:” "Regionda yeni siyasi arxitekturanın formalaşmasında Azərbaycan da mühüm aktordur. Bakı Qərb və Şərq siyasətində balans gözləyir. Bu gün biz Yaxın Şərq hadisələrində beynəlxalq hüquqa söykənən mövqedən çıxış edirik: Fələstin probleminə münasibətimiz BMT qətnamələrinə əsaslanır, amma İsraillə də strateji tərəfdaşlıq əlaqələrinə xələl gətirmir. Eyni zamanda, Qəzza üçün Sülh Şurasında iştirak edirik. Bundan başqa, Suriya ilə münasibətlərdə yeni dövr başlanıb. Azərbaycan “İbrahim sazişləri”nə də qoşulmaq niyyətindədir. Digər bir münaqişə İranla bağlıdır. Azərbaycan bu məsələdə də qonşuluq prinsiplərinə üstünlük verir, lakin ABŞ və İsraillə əlaqələri inkişaf etdiririk. Yəni rəsmi Bakı istər Şərq, istər Qərb siyasətində qarşılıqlı, bərabərhüquqlu əməkdaşlığı dəstəkləyir".


Politoloq Avropa və Rusiya siyasətimizdə də əməkdaşlığın prioritet olduğunu düşünür: "Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırır, həmçinin, Avropa İttifaqı, Avropa Komissiyası ilə xüsusən də enerji sahəsində əməkdaşlığı inkişaf etdirir. Tramp administrasiyası ilə əlaqələr ən yüksək səviyyədədir".


Ekspert əlavə edib ki, Bakı güc mərkəzlərinə özünün balanslı siyasətini qəbul etdirir: "Təbii ki, bizim siyasətimizin mərkəzində Türkiyə ilə müttəfiqlik dayanır. Pakistanla olan müttəfiqlik də üçlü ittifaqın olduğunu dünyaya nümayiş etdirir. Ən əsası, Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün iş aparır və Ermənistanı blokada şəraitindən çıxması üçün bu barışığa dəvət edir".

“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Culfada hərbçi dəm qazından öldü
Culfada hərbçi dəm qazından öldü
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...