kanal1

İş adamı Prezident İlham Əliyevə müraciət etdi: "6 saylı ekologiya idarəsinin rəisi Akif Məmmədova "dur" deyən yoxdur"

Tarix:28-05-2022, 01:48
Baxış Sayı:109 414

İş adamı Prezident İlham Əliyevə müraciət etdi: "6 saylı ekologiya idarəsinin rəisi Akif Məmmədova "dur" deyən yoxdur"


QAYNAR.media xəbər verir ki, Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan, iş adamı Əsədov Adil Əsəd oglu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

"Sizə bildirirəm ki, ETSU-nun tabeliyində olan 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovun qanunsuz əməllərindən tərəfimdən coxsaylı şikayətlər yazılmış, internet sayıtları vasitəsilə ictimaiyyətə kifayət qədər məlumat verilmişdir. Lakin Akif müəllimin arxası möhkəm oldugundan o, bu gün də işində-gücündə, qanunsuz əməlləri ilə məşguldur. Belə ki, Qəbələ - İsmayıllı ərazilərində 13 qum-cınqıl karyeri var ki, onlardan 4-ü qanuni, 9-u isə qanunsuz olaraq Akif müəllimin himayədarlıgı ilə fəaliyyət göstərir. Məsələ belədir ki, qanuni fəaliyyət göstərən karyerlər dövlət vergisini, sosial və s. ödənişləri ödədikləri halda rəqabət apara bilmədikləri ücün işləyə bilmirlər, qanunsuz işləyənlər isə yalnız aylıgı Akif müəllimin cibinə ödəyəndən sonra rahatlıqla işləyirlər. Qəbələ rayonunun Dəmiraparan və Dızaxlı cayları üzərində qanunsuz qum-cınqıl işlərilə məşgul olan bu karyerlərlə baglı ETSU-na, şəxsən cənab nazir Muxtar Babayevə məlumat versəm də hec bir tədbir görülmür."

Şikayətci redaksiyaya bildirir ki, Akif Məmmədovun arxasında nazirliyin AUDİT şöbəsinin müdiri Samir müəllim dayanır. "Dünən gündüz saat 11-12 radələrində nazirlikdən Samir adlı şəxs mənə zəng acaraq şikayətim barədə yoxlama olacagını bildirərək mənə təklif edir ki, vatcapda ona yazım ki, mən vacib işım oldugu ücün yoxlamada iştirak edə bilməyəcəyəm. Belə cıxır ki, Samir müəllim də Akif Məmmədovun himayədarıdır. Cənab nazir Muxtar Babayevə sual olunur: 4 ildir ki, bu qanunsuz karyerlər fəaliyyət göstərir. Görəsən qeyri-qanuni qazanılmış küllü miqdarda bu pullar kimin və ya kimlərin cibinə axır?" 

 İş adamı Adil Əsədov prezident aparatına təqdim etdiyi video materialı da  QAYNAR.media-ya göndərib. Həmin video-süjeti sizə təqdim edirik.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO