kanal1

Azərbaycan və Qazaxıstan türk dünyasının güc mərkəzlərinə çevrilirlər

Tarix:26-08-2022, 16:46
Baxış Sayı:232 018



Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır. Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib. Hələ 5 il əvvəl - Birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilən 14-cü iclasında imzalanan müvafiq “Yol xəritəsi”nin icrası yüksək səviyyədə reallaşdırılıb. Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəlib. Bu xüsusda biz Nur–Sultan şəhərində Azərbaycan Ticarət evinin də fəaliyyətini vurğulaya bilərik. Məhz bunun sayəsində Azərbaycandan Qazaxıstana daha çox məhsul ixracına imkanlar yaranır. O cümlədən, həm energetika, həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına mühüm töhfələrini verməkdədir.
Qazaxıstan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu addım qardaş ölkənin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini necə sevinclə qarşıladığını, soydaşlarımızın bu torpaqlara qayıdışını səbirsizliklə gözlədiyini nümayiş etdirir.  Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda, hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik.

Samiyə Abdulkərimova, 12 saylı şəhər poliklinikasının baş həkimi

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda