kanal1

Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır

Tarix:4-10-2022, 11:12
Baxış Sayı:179 354

Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır


                
Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub; Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqdır. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.
 

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız