kanal1

Hərbi hissələrdə şəxsi heyətin hüquqi bilikləri artırılır

Tarix:21-02-2023, 10:43
Baxış Sayı:166 181

Hərbi hissələrdə şəxsi heyətin hüquqi bilikləri artırılır


Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov birgə tədbirlər planlarına əsasən Müdafiə Nazirliyinin və Daxili Qoşunların N saylı hərbi hissələrində hərbi qulluqçularla görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.

Ardınca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, eləcə də bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edilib.

Bundan sonra, Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını hərbçilərə çatdıran Firad Əliyev və Şöhrət Qəhrəmanov şəxsi heyətin hüquqi biliklərinin daha da artırılması məqsədilə hərbi qulluqçular qarşısında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb, eyni zamanda, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanıblar.

Hərbi Prokurorluq işçiləri tərəfindən mütəmadi olaraq həyata keçirilən bu kimi görüşlər davam etdirilir.

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız