kanal1

Kərim Tahirov: Müstəqilliyimiz əbədidir, dönməzdir

Tarix:25-05-2023, 09:50
Baxış Sayı:47 216



M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim TahirovMüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin bu tezisini qeyd etmək istərdik: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə əbədi həkk olunan 28 may 1918-ci il tarixindən bizi 105 illik zaman ayırır. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Məlum səbəblərdən 23 ay yaşayan Demokratik Respublika qarşısına  qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun şüurlarda formalaşdırdığı  müstəqillik ideyası unudulmadı. Xalqımız daim müstəqil, azad olmaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzu ilə yaşadı.
Azərbaycan XX əsrin sonlarında - 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməklə özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Müstəqil ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Müstəqilliyimizin ilk illərində yaşananlar, 1991-93-cü ilin iyununadək olan dövr tariximizə qara səhifə kimi yazılıb. Bu illərin  hakimiyyətsizliyi ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın baş alıb getməsi, sabaha ümidlərin itməsi ilə müşayiət olunurdu. Ölkə daxilində siyasi vəziyyət son dərəcədə kəskinləşmiş,  vətəndaş qarşıdurması yaranmışdı. Separatçılıq bu qarşıdurmanı daha da dərinləşdirirdi. “Olum ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlət müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin vəziyyətə düşən xalqın sabaha ümidləri tamamilə itmişdi. Hər zaman Vətəninə, xalqına, torpağına bağlılıq nümayiş etdirən, Azərbaycanın gələcəyi üçün çalışan dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi.  Dövlətçiliyimiz iflasdan xilas edildi.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi  görərək bu istəyə uyğun olaraq addımlar atmışdır. Minlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin o illərdə C.Naxçıvanski adına hərbi liseyin yaradılması bugünümüzə hesablanmış addımlar sırasındandır. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı İttifaq respublikaları arasında geridən qalan ölkədən ən qabaqcıl ölkəyə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etmək üçün möhkəm təməl yaratdı. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi iqtisadi inkişafı təmin etməklə, digər sahələrin də tərəqqisini sürətləndirməyi şərtləndirdi. Əhalinin sosial müdafiəsi gücləndirildi, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olundu, sülh danışıqlarını cəsarətlə aparmaq üçün ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək üçün möhkəm hüquqi baza formalaşdırıldı.
Bir yazıda Azərbaycanın müstəqillik tarixinin ümumi mənzərəsini tam yaratmaq, Heydər Əliyev siyasətinin uğurlarını əhatə etmək mümkünsüzdür. Bu illərdə qazandığımız uğurların zirvəsi tarixi Zəfərimizdir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin qalib Lideri olduğunu əməli ilə təsdiqlədi, ata vəsiyyətini yerinə yetirdi  və bununla xoşbəxtliyini  xalqına əminliklə çatdırdı.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO