kanal1

Xocalı RİH-nin inzibati binasında müavin narazı şəxsə “alçaq” deyib -RƏZALƏT

Tarix:1-09-2023, 14:46
Baxış Sayı:175 278






  Bir neçə gündür ki, sosial şəbəkələrdə (Mənbə: Berdetv) Xocalı Rayon İcra Hakimiyyətinin inzibati binasında yaşanan biabırçılıqla bağlı video-görüntülər yayımlanıb və baş verənlər ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə də çevrilib. Yəni, yaşanan biabırçılığa diqqət yetirdikdə bəlli olur ki, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Yusifəli qızı Qarayeva, icra hakimiyyətinin inzibati binasında narazılıq edən kişiyə  bərk əsəbləşir, həmin şəxsi təhqir edir və hətta ona “alçaq” da deyir. Kadrlardan da görünür ki, baş verənlər, ifadə olunan təhqiramiz sözlər hansısa istehsal müəssisəsində, avtovağzalda, futbol meydançasında və s. kimi ünvanlarda deyil, birbaşa Xocalı RİH-nə məxsus inzibati binada ifadə olunur və baş verir. Bütün bunlar da onu göstərir ki, bu qurumda əsl dərəbəylikdir və hər bir vəzifə sahibi, sanki özünü “xan” hesab edir. Video-görüntülərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, Lamiyə Qarayeva həmin kişiyə qarşı o qədər əsəbi formada davranır ki, onu RİH Aparatının digər işçiləri sakitləşdirməyə çalışırlar. Hətta, təhqirə məruz qalan kişi “Niyə bu cür söyüldünüz?” sualına cavab vermir və onu da, başqa bir iş otağına aparırlar. Düşündürücü hal odur ki, 2000-ci ildən Xocalı RİH-nin başçısı vəzifəsini daşıyan cənab Şahmar Usubovovun dönəmində, hələ də belə bir biabırçılıqlar baş verməkdədir. O halda sual oluna bilər ki, görəsən RİH Aparatının inzibati binasında vəzifə sahibi olan dövlət məmuruna, yaxud da məmurlara belə bir addımı atmaq yaraşırmı? Əsla yox! Əslində bu cür addımlar əndazəni aşmaq deməkdir, ölkə rəhbərinin verdiyi tapşırıqları saya salmamaqdır, hətta dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa hörmətsizlik etmək deməkdir. Hansı ki, həmin Qanunun tələblərində dövlət qulluqçuları üçün etik davranış qaydaları, prinsipləri və onlara əməl olunması ilə bağlı hüquqi mexanizmlər müəyyən edilir. Baxmayaraq ki, bu Qanunun 8-ci maddəsinin 8.2. bəndində qeyd olunub ki, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. O halda sual oluna bilər ki, əgər Qanun bunu belə tələb edirsə, bəs Lamiyə Qarayevanın addımlarına nə ad vermək olar? Demək, bu haqda bir qədər düşünmək və götür-qoy etmək də gərəkdir. Qarşı tərəfində mövqeyini dinləyə bilərik.

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız