kanal1

ABŞ-dən İstanbul zəlzələsi xəbərdarlığı: Ən ağır humanitar fəlakətlərdən biri ola bilər

Tarix:13-12-2025, 08:52
Baxış Sayı:15 920

ABŞ-dən İstanbul zəlzələsi xəbərdarlığı: Ən ağır humanitar fəlakətlərdən biri ola bilər


ABŞ mətbuatı İstanbul üçün yeni zəlzələ xəbərdarlığı yayıb.

Bu barədə "New York Times" (NYT) qəzetində təhlil dərc olunub.

Təhlildə bildirilir ki, Mərmərə dənizindəki qırılma xətlərində müşahidə edilən seysmik aktivlik "İstanbulu böyük dağıntılara hazırlayan səssiz bir gərginlik" yaradır.

Mütəxəssislər tərəfindən istinad edilən son elmi tapıntılar göstərir ki, 7 və ya daha yüksək bal gücündə zəlzələ şəhərin milyonlarla sakini üçün ciddi təhlükə yaradır.

Təhlilin müəllifi olan geoloq Dr. Robin Corc Endryus “Science” elmi jurnalında dərc olunmuş yeni tədqiqata diqqət çəkib.

Tədqiqatlar göstərir ki, əsas Mərmərə qırılma xətti üzərindəki zəlzələlər “kilidli” bir bölgəyə doğru irəliləyir və təxminən 16 milyon insanın yaşadığı İstanbul üçün ciddi risk yaradır.

 



Alimlər vurğulayırlar ki, zəlzələnin dəqiq vaxtı proqnozlaşdırıla bilməsə də, 6.0 və ya daha yüksək bal gücündə hər hansı bir zəlzələ İstanbulda ciddi ziyana səbəb ola bilər. Mütəxəssislər şəhərin kövrək quruluşuna işarə edərək, riskin yalnız böyük bir zəlzələ ilə məhdudlaşmadığını qeyd edirlər.

Kornell Universitetinin seysmoloqu Cudit Habbörd, planlaşdırılmamış şəhərləşmənin, yüksək əhali sıxlığının və tikinti standartlarının qeyri-kafi tətbiqinin İstanbulu daha da həssas etdiyini söyləyir. Onun sözlərinə görə, bölgə ilə bağlı elmi xəbərdarlıqlar illərdir məlumdur, lakin şəhərdəki mövcud tikinti təcrübələri fəlakət riskini artırır.

Xəbərdə belə bir zəlzələnin “yaxın tarixin ən ağır humanitar fəlakətlərindən biri ola biləcəyi" ifadə edilib.

Ruslan İsayev: “Milli ordu quruculuğu - Heydər Əliyev strategiyasından Müzəffər Zəfərə”
Ruslan İsayev: “Milli ordu quruculuğu - Heydər Əliyev strategiyasından Müzəffər Zəfərə”
Rüfət Məmmədov: Azərbaycan Ordusu - regional sülh və sabitliyin mühüm amili
Rüfət Məmmədov: Azərbaycan Ordusu - regional sülh və sabitliyin mühüm amili
Elnur Zeynalov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
Elnur Zeynalov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Xankəndidəki hərbi yürüşdən - Fotolar
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
NATO Azərbaycan Ordusuna qiymət verdi
NATO Azərbaycan Ordusuna qiymət verdi
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım