kanal1

Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır

Tarix:24-12-2025, 16:00
Baxış Sayı:6 375



Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışı ilə çar Rusiyası dövründə formalaşdırılan və sonradan Kremlin ideoloji mətbəxində cilalanaraq Ermənistan cəmiyyətinə sırınan “Tarixi Ermənistan” adlı qurama mifə növbəti dəfə açıq və prinsipial zərbə vurub.

Paşinyanın səsləndirdiyi fikirlərin ümumi mahiyyəti dəyişməz qalır: “Tarixi Ermənistan” anlayışı boş, mənasız və Ermənistan üçün son dərəcə təhlükəli bir xülyadır.

Baş nazir faktiki olaraq etiraf edib ki, Ermənistan cəmiyyətinin onilliklər boyu arxasınca sürükləndiyi “dənizdən-dənizə Ermənistan” ideyası, eləcə də Türkiyə və Azərbaycana qarşı irəli sürülən “tarixi torpaq” iddiaları erməni xalqını davamlı şəkildə eyni siyasi və tarixi səhvlərə aparıb. Paşinyanın fikrincə, bu ritorika nə dövlət quruculuğuna, nə təhlükəsizliyə, nə də rifaha xidmət edib, əksinə, Ermənistanı dalana dirəyib. Baş nazir açıq şəkildə bildirir ki, reallıqdan qaçmaq mümkün deyil və xəyali keçmiş üzərində gələcək qurmaq cəhdi iflasa məhkumdur.

Paşinyanın bu mövqeyi onun “tarixlə dialoq” formasında səsləndirdiyi fikirlərdə daha aydın şəkildə ifadə olunub. O bildirib ki, erməni xalqının tarixi sanki bu çağırışı edir: “Məni təkrarlamayın. Nə qədər olar eyni səhvləri təkrar etmək, eyni dırmıqlara basmaq? Məni oxuyun və bir daha təkrarlamayın.” Baş nazir qeyd edib ki, eyni sualı “Tarixi Ermənistan” anlayışına da ünvanlayıb və aldığı cavabı belə ifadə edib: “Mənim yolumla getməyin. Ermənistan Respublikasını ‘Tarixi Ermənistan’ın bir hissəsinə çevirməyin. Çünki Respublika realdır.” 

Bu fikirlər Ermənistanın indiki siyasi kursu üçün son dərəcə sərt və açıq mesaj kimi qiymətləndirilir. Paşinyan Ermənistanı artıq xəyali və mifoloji keçmişin davamı kimi deyil, yalnız mövcud sərhədlər çərçivəsində mövcud olan real dövlət kimi təqdim edir. Bununla da “Tarixi Ermənistan” anlayışı faktiki olaraq tarixi keçmişin ideoloji tullantısı səviyyəsinə endirilir.

Baş nazirin çıxışında diqqət çəkən əsas məqamlardan biri də sətri-altı xəbərdarlıqdır. Paşinyan dolayısı ilə erməni cəmiyyətinə çatdırır ki, əsassız iddialar, revanşist xülyalar və mifoloji ambisiyalar davam edərsə, risk altına düşən təkcə “tarixi torpaqlar” olmayacaq. Onun mesajına görə, bu yolun sonu hətta mövcud Ermənistan Respublikasının belə təhlükə altına düşməsi ilə nəticələnə bilər. Yəni revanşizm siyasəti erməniləri yalnız uydurma keçmişdən deyil, real bu gündən də məhrum edə bilər.musavat.com

Eyni zamanda Paşinyanın bu mövqeyi dolayısı ilə onu da üzə çıxarır ki, indiki Ermənistan ərazisinin özü belə tarixi baxımdan mübahisəli zəmin üzərində formalaşıb və revanşist iddialar bu reallığı dəyişmir, əksinə, daha da dərinləşdirir və təhlükəli edir. Baş nazirin çıxışı göstərir ki, Ermənistanın gələcəyi yalnız real sərhədlər, real siyasət və real məsuliyyət üzərində qurula bilər, “Tarixi Ermənistan” kimi miflər isə ölkəni yeni fəlakətlərə sürükləməkdən başqa heç nəyə yaramır.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək