kanal1

"Turbo.az”ın sahibinin sərvəti açıqlandı

Tarix:3-01-2026, 09:21
Baxış Sayı:21


"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün - "turbo.az", "tap.az", "boss.az" və "bina.az"ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.


 yeniavaz.com xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes"in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.


Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.


Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Blomberq" terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.


Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz"nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank"ın 23%-lik səhminə nəzarət edir.


Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN - 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.


Reytinqdə adı çəkilən digər gürcü milyarderi - hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti "Blumberq" qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, "Forbes" məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək