kanal1

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN

Tarix:Bu gün, 09:14
Baxış Sayı:19

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN


ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi İsveçrədə keçirilən danışıqlar çərçivəsində Vaşinqton və Tehran arasında əldə olunmuş 14 maddəlik memorandumun əsas müddəalarını ictimaiyyətə açıqlayıb.


Sənədin məqsədi ABŞ-İran qarşıdurmasını dayandırmaq, Hörmüz boğazında gəmiçiliyi bərpa etmək və tərəflər arasında daha geniş sülh sazişinə gedən yolu açmaqdır.


Reuters və AP News⁠ agentlikləri xəbər verir ki, sənədin imzalanmasından sonra 60 günlük keçid dövrü başlayacaq. Bu müddətdə tərəflər yekun sazişin hazırlanması üçün danışıqlar aparacaqlar.


Memorandumun əsas müddəaları


1. Hərbi əməliyyatlar dayandırılır


ABŞ, İran və münaqişəyə cəlb olunmuş tərəflər bütün hərbi əməliyyatları dərhal və daimi olaraq dayandırmağı öhdələrinə götürürlər.


2. Suverenliyə hörmət prinsipi


Tərəflər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, daxili işlərə qarışmamağa razılaşırlar.


3. Hörmüz boğazı yenidən açılır


İran beynəlxalq ticarət gəmilərinin Hörmüz boğazından maneəsiz keçidini təmin etməyi öhdəsinə götürür. Bu addım dünya enerji bazarları üçün kritik əhəmiyyət daşıyır.


4. ABŞ dəniz blokadasını dayandırır


Vaşinqton İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını mərhələli şəkildə aradan qaldıracaq.


5. Neft ixracına məhdudiyyətlər yumşaldılır


ABŞ İran neftinin dünya bazarına çıxarılmasına imkan verən sanksiya istisnaları tətbiq etməyə razılaşıb.


6. Dondurulmuş aktivlər azad edilir


İrana məxsus xaricdəki dondurulmuş maliyyə vəsaitlərinin mərhələlərlə açılması nəzərdə tutulur.


7. Yeni sanksiyalar tətbiq olunmur


Yekun saziş üzrə danışıqlar davam etdiyi müddətdə Vaşinqtonun İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcəyi bildirilir.


8. İran nüvə silahı əldə etməyəcəyini təsdiqləyir


Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını bir daha bəyan edir.


9. Uran ehtiyatları üzrə nəzarət mexanizmi yaradılır


Zənginləşdirilmiş uranın taleyi gələcək danışıqların əsas mövzularından biri olacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında uranın seyrəldilməsi variantı nəzərdən keçirilir.


10. Nüvə proqramı üzrə geniş danışıqlar başlanır


Hazırkı memorandum yekun nüvə sazişi deyil. Əsas nüvə məsələləri üzrə danışıqlar növbəti 60 gün ərzində aparılacaq.


11. İcra mexanizmi yaradılır


Sazişin icrasına nəzarət etmək üçün xüsusi birgə monitorinq mexanizmi formalaşdırılacaq.


12. İranın iqtisadi bərpası proqramı hazırlanır


ABŞ və regional tərəfdaşların iştirakı ilə İranın bərpasına yönəlmiş 300 milyard dollarlıq inkişaf və yenidənqurma proqramının hazırlanması nəzərdə tutulur. ⁠


13. Regional təhlükəsizlik mexanizmləri qurulur


Hörmüz boğazında və regionda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün yeni əməkdaşlıq formatları müzakirə ediləcək.


14. Yekun saziş BMT Təhlükəsizlik Şurasına çıxarılacaq


Tərəflər tam razılığa gəldikdən sonra yekun sənədin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi planlaşdırılır.


Dünya üçün nə dəyişir?


Musavat.com xatırladır ki, anlaşmanın 14 maddəsi hələ 24 saat öncə əl-Arabiyə kanalı vasitəsi ilə yayılmışdı. Ağ Ev bu mətni Körfəz ölkəlırinin mediasından daha sonra yayıb.


Bizə götə, memorandumun qüvvəyə minməsi ilk növbədə enerji bazarlarına təsir göstərəcək. Hörmüz boğazının açılması dünya neft və mayeləşdirilmiş qaz daşımalarının bərpası deməkdir. Bu isə son aylarda kəskin bahalaşan enerji qiymətlərinin sabitləşməsinə səbəb ola bilər.


Bununla belə, ABŞ rəsmiləri vurğulayırlar ki, memorandum hələ yekun sülh sazişi deyil və tərəflər istənilən mərhələdə danışıqlardan geri çəkilə bilərlər. Ən çətin müzakirələrin İranın nüvə proqramı və sanksiyaların tam ləğvi ilə bağlı olacağı gözlənilir.

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR