kanal1

Putini Ermənistana səfərə vadar edən əsas məsələlər-erməni politoloq səbəbləri açıqlayıb

Tarix:19-11-2022, 10:27
Baxış Sayı:74 910

Putini  Ermənistana səfərə vadar edən əsas məsələlər-erməni politoloq səbəbləri açıqlayıb


“KTMT əslində Putinin adını daşıyan hərbi-siyasi klubdur”
 “Əslində hamımız yaxşı başa düşürük ki, KTMT Putinin təşəbbüsü ilə NATO-ya alternativ yaradılmış hərbi-siyasi strukturdur. KTMT əslində Putinin adını daşıyan hərbi-siyasi klubdur. Bu, Putin üçün çox vacib klubdur, ona görə də o, bütün əsas tədbirlərdə mütləq iştirak edir. Təbii ki, Ermənistanla münasibətlərin aydınlaşdırılması da Putin üçün çox vacibdir”.
Bunu erməni politoloq Viqen Akopyan “haraparak”a müsahibəsində deyib.
 Putinin İrəvana səfərini şərh edən politoloqun sözlərinə görə,  Putinin  Ermənistana səfərinin bir neçə məqsədi var. “Birincisi,  bu, KTMT çərçivəsində baş tutan səfərdir.  Belə ki, KTMT-yə sədrlik edən ölkədə ən azı bir sammit  keçirilməlidir”-o qeyd edib.

Putinin səfərinin ikinci əsas məqsədinə gəldikdə isə politoloqun fikrincə, həm Putin, həm də Rusiyanın siyasi elitası çox yaxşı başa düşür ki, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərində  ciddi narahatedici məqamları mövcuddur: “Ermənistan hakimiyyətinin apardığı siyasi kurs Rusiyada narahatlıq yaradır. Bunu Ermənistan-Azərbaycan münasibətləri aspektində də göstərmək olar. Ermənistan hakimiyyəti açıq-aşkar Vaşinqton müqaviləsinə üstünlük verirdi. 
Bu gün Ermənistan-Azərbaycan danışıqlar prosesi kifayət qədər mühüm mərhələyə qədəm qoyub və indi Rusiya moderator roluna qayıtmağa çalışır. Rusiya hətta prosesi üçtərəfli format müstəvisinə gətirməyə çalışdığını da gizlətmir.  Təsadüfi deyil ki, son vaxtlarda Putin regional məsələlər və danışıqlar prosesləri ilə məşğul olmağa başlayıb. Rusiyanın regionda öz mövqelərini bərpa etmək problemi var. Ruslar onu da yaxşı başa düşürlər ki, Rusiya-Ukrayna müharibəsi ilə məşğul olduqlarından bölgədəki strateji təşəbbüs bir anlıq Qərbin əlinə  keçib və bu gün də Qərbin əlindədir... Rusiya prosesi nəzarətdə saxlamaq üçün hər şeyi etməyə çalışır. Hesab edirəm ki, Soçi hadisələrindən sonra Rusiya bu istiqamətdə uğur qazana bilməsə də,  amma Qərb ssenarisini dayandıra bildi”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO