kanal1

Oğuz elinin meşələri sanki YAĞI ƏLİNDƏDİR... - İTTİHAM VAR...

Tarix:9-12-2023, 11:01
Baxış Sayı:70 370

Oğuz elinin meşələri sanki YAĞI ƏLİNDƏDİR... - İTTİHAM VAR...


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin 15 saylı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayev daha əvvəl Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik edib. Hər iki Qarabağ müharibəsinin veteranı olmağını, qazi statusunun ona verdiyi imtiyazı özünə qalxan edib, daşıdığı vəzifələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək əvəzinə meşə talanlarına nəyinsə müqabilində göz yumub.
Bu günlərdə Regional Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin rayonun Xalxal kəndi ərazisinə düşən 8-ci dolayında ağacların kütləvi şəkildə kəsilməsi təbiətsevərlər tərəfindən video-qeydə alınıb. İnformatorun saytımızın redaksiyasına göndərdiyi video-materialda yaş halında doğranan ağacların görüntüsünü ağackəsən motorlu mişarların səsi müşayiət edir. Materialı təqdim edən informator bildirir ki, kütləvi şəkil almış “yaşıl soyqırım” sahə rəisi Vüqar Şəfiyevin və meşə gözətçisi Mahal Qasımovun əli ilə, baş meşəbəyi Valeh Məmmədovun təşkilatçılığı ilə həyata keçirilir. Məlumata görə, Valeh Məmmədov birbaşa Əkrəm Babayevin instruktajı ilə hərəkət edir, əlbirdirlər. O da vurğulanır ki, Valeh Məmmədov xidməti ərazisi Balakən, Qax, Şəki, Zaqatala, Oğuz inzibati rayonlarını əhatə edən və inzibati binası Şəkidə yerləşən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədova arxalanaraq Oğuzun mərkəzində taxta bazarı açıb.
Xatırladaq ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əvvəlki direktorları İlqar Qəribov və Alim Əlizadə Mərkəzin nəzarət etməli olduğu Oğuz və Qəbələ meşələrinin talanına şərait yaratmalarına, rüşvətxorluqlarına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər. Görünür, Əkrəm Babayev onların aqibətindən nəticə çıxarmayıb.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO