kanal1

“Çinarlı” hoteldə yaşananların günahkarı kimlərdir?- ŞOK FAKTLAR

Tarix:12-06-2025, 23:14
Baxış Sayı:331 889

“Çinarlı” hoteldə yaşananların günahkarı kimlərdir?- ŞOK FAKTLAR


  Bir neçə ildir ki, ölkəmizin hüquq-mühafizə orqanlarının, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumlarının fəaliyyətləri daha çox ictimaiyyətin diqqətini cəlb etməkdədir. Bəli, bu sahə müstəqil Azərbaycan Respublikasının əsas dövlət qurumlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara lazımınca diqqət yetirib bəlli münasibətlərini də ifadə edirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava əmələ gəldi. Yəni, tam əksəriyyətin düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Nazirin gənc və təcrübəli şəxs olması, məhz ölkəmizin daxili işlər orqanlarında yaşanan bəzi problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə nəticələnəcək. Bəli, həqiqətən də bu belə oldu. Faktdır ki,  ötən 2 il 8 ay ərzində lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, DİN-nin, BDYPİ-nin, BŞDYPİ-nin və Nazirliyin digər tabeli qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsi əməkdaşlarının problemli məsələlərə adekvat reaksiya vermələri, ünvanlanan sualları lazımi səviyyədə cavablandırmaları və s. bir daha söylədiklərimizi təsdiq edir. Təəssüf hissi ilə qeyd edək ki, cənab Nazirin rəhbərliyi altında bu yöndə lazımi addımların atılmasına baxmayaraq, hələ də Binəqədi RPİ, 40-cı polis bölməsi əməkdaşları verilmiş tapşırıqlara məhəl qoymurlar. Belə bir səbəbdən də, bu bölmənin əhatə etdiyi ərazilərdə hər cür xoşagəlməz qanunsuzluqlar baş alıb gedir. Bunlardan biri də, “Çinarlı” hoteldə yaşananlardır. Məsələn, uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində, daha dəqiq desək bu rayonun Xocasən yaşayış massivində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Çinarlı” hoteldə qol qoyulan hər cür biabırçılıqlarla bağlı, çoxsaylı media qurumlarında silsilə tənqidi məqalələr yayımlanmaqdadır. Buna baxmayaraq, adı çəkilən obyektə sahiblik edənlər bu gün də çirkin əməllərindən əl çəkmirlər ki, çəkmirlər. Qeyd edək ki, bu hotelin mərkəzi ərazilərdən bir qədər kənarda yeləşməsi və hər cür iyrənc əməllərə qol qoymaqla fəaliyyət göstərməsi, məhz bu obyektə müştəri axınının artmasına gətirib çıxarır. Belə bir səbəbdən də, burada baş verən iyrəncliklərin, hər cür çirkin əməllərin əhatə dairəsi getdikcə genişlənir. Düzdür, bir müddət bundan öncə Atvxeber.az-ın  redaksiyasına burada baş verənlərlə bağlı xeyli məlumatlar daxil olmuşdu. Ona görə də, “Çinarlı” hotelin fəaliyyəti ilə bağlı həm media üzərindən, həm də mümkün imkanlarımızdan istifadə edib lazımi araşdırmalarımızı həyata keçirdik. Tərəfimizdən apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu hotel Mədəniyyət  nazirliyinin balansındadır və guya ki, ictimai-iaşə obyekti olaraq fəaliyyət göstərir. Əslində bu obyekt Nazirliyinin balansında olsa da, uzun illərdir ki, ən böyük əxlaqsızlıq yuvalarından biri olaraq fəaliyyətini davam etdirir. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, obyektin fəaliyyəti daha çox axşam saatlarına təsadüf edir. Çünki, həmin saatlarda “Çinarlı” hotelə yaxın-uzaq ərazilərdən müştəri axını daha çox olur. Diqqət yetirmək lazımdır ki, hotelin giriş qapısında gecə saatlarında gözətçi dayanır və həmin şəxs bu ünvana üz tutanların yerbəyer olunmalarında xüsusi rola malik olur. Məsələn, o, ilk əvvəl obyektin həyətinə daxil olan avtomobilləri yerbəyer edir, daha sonra cütlüklərə ayaqüstü söhbətlər aparır. Çox keçmir ki, həmin şəxs “Çinarlı” hotelə gələn “qonaqlar”a müxtəlif qiymət həddində otaqları təklif edir və seçim etmək ixtiyarı müştərilərin öhdəsinə buraxılır. Yəni, bu obyektdə hər otağın obyekt sahibi tərəfindən müəyyən olunmuş öz qiyməti var.


   Hal-hazırda bu hoteldə idarəçiliyi Zahid adlı şəxs həyata keçirir. Çatdırılan məlumatlara görə o, hər növ çirkin işlərə qol qoymaqda kifayət qədər peşəkarlıq nümayiş etdirən, kifayət qədər iş təcrübəsinə malik olan bir şəxsdir. Belə bir səbəbdən də, obyekt sahibi onu əldən buraxmır və obyektin idarə olunması işini bu şəxsə həvalə edir. Qeyd edək ki, “Çinarlı” hotelin əsl sahibi heç zaman üzə çıxmır və bir növ o, gözəgörünməz olur. Elə ki, obyekt sahibinin kimliyi haqda Zahid “bəy”ə sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Bura ağsaqqalındır, onu tanıyan yoxdur” deməklə kifayətlənir. Belə bir cavabın verilməsi olduqca düşündürücü cavab olur. Çünki, bizim xalqın özünəməxsus əxlaqı, mənəviyyəti, adət-ənənəsi və s. var. Yəni, hansı şəxsə “ağsaqqal” deyə yanaşma ortaya qoyulursa, demək həmin şəxsin müdrik, alicənab, məsləhət verən, hər kəsə düzgün yol göstərən və s. kimi müsbət insani keyfiyyətləri özündə cəmləşdirən şəxs olması nəzərdə tutulur. Belə olan halda Zahid “bəy”in cavabına hansı prizmadan yanaşmaq olar? Axı, Zahid “bəy”in dediyi “ağsaqqal”ın sahib olduğu hotel ən böyük əxlaqsızlıq ünvanıdır və bu ünvanda gündəlik minbir hoqqalara qol qoyulur. Yəni, bu hoteldə azyaşlı qızlar da cinsi zoraklığı məruz qalırlar və onların cinsi zoraklığa məruz qalmaları üçün lazımi şərait də yaradılıb. Demək, ...

    Bundan əlavə, gündəlik “Çinarlı” hoteldə mövcud qanunvericiliyin tələbləri kobudcasına pozulur və hər gün bu obyekt fəaliyyətini saat 12-dən sonra da davam etdirir. Obyektin otaqlarındakı stollarda 6 nəfər deyil, daha çox sayda şəxs oturub “kef-damaq”larından heç də geri qalmırlar. Bu ünvana üz tutan cütlüklərdən heç zaman nigahda olub-olmadıqları soruşulmur, göstərilən xidmətin müqabilində bir kimsəyə ödəniş qəbzi verilmir. Cütlüklərin istifadə etdikləri əşyaların hansısa virusun daşıyıcısı olub-olmaması, çox zaman əksəriyyətdə müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olur. Çinarlı” hoteldə çalışan işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədi imzalanmır, onların sağlamlıq durumlarının müəyyən olunması yöndə həkim arayışı olmur, antisanitariya halları baş alıb gedir. İşçilərin Covid-19 pasportu olmadan fəaliyyət göstərmələri bildirilir. Hətta, söylənilənlərə görə bu obyektdə “levı” elektrik xətti ilə bərabər, “levı” su xətti də var. Bir sözlə, uzun müddətdir ki, “Çinarlı” hoteldə idarəçilik belə bir qaydalar əsasında həyata keçirilir.

    Olduqca təəssüf doğuran hal odur ki, cənab Anar Kərimovun rəhbərlik etdiyi Mədəniyyət nazirliyinə tabe olan bu obyekt, bu gün də ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyətini davam etdirməkdədir. Faktdır ki, minbir xəstəliyin daşıyıcısı olan “Çinarlı” hotelin bu yöndə fəaliyyəti, sözün həqiqi mənasında biabırçılıqdır, utanc hissi gətirən haldır. O halda sual oluna bilər ki, mədəniyyətimizi təbliğ edən və inkişaf etdirən bir nazirliyin adını, belə bir əxlaqsızlıq əməlləri ilə bağlamaq nə deməkdir? Qadınların, azyaşlı qızların cinsi istismarına şərait yaradılan bu ünvanda hansı mədəniyyətdən, hansı əxlaqdan, hansı paklıqdan danışmaq olar? İnanırıq ki, “Çinarlı” hoteldə baş alıb gedən həngamələrə, hər cür çirkin əməllərə vicdanı və əxlaqı təmiz olan cənab Nazir heç bir halda göz yummayacaq.

    Baxmayaraq ki, belə bir ünvanların fəaliyyət göstərmələrinə qarşı ayrı-ayrı illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə “Milli Fəaliyyət Planı” təsdiq olunub. Yəni, ölkə rəhbəri İlham Əliyev cənabları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq müvafiq Sərəncam imzalayıb. Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə üzərinə düşən beynəlxalq öhdəliklərin icrasının təmin olunması nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi təsdiq olunmuş “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməsi, Nazirlər Kabinetinin isə, Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunub. Bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Çinarlı” hotelin rəhbərliyinin və əraziyə cavabdehlik daşıyan 40-cı polis bölməsi əməkdaşlarının əməllərində, Sərəncamdan irəli gələn tələblərə əməl olunmadığı açıq-aşkar görünür.

  Mövzuya qayıdacağıq.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı