kanal1

Görəsən “Nasosnı”dakı “Qızlar bulağı”na əncam çəkiləcəkmi?

Tarix:1-11-2022, 23:01
Baxış Sayı:119 402



Hər kəsə məlumdur ki, son üç ildə ölkəmizin hüquq-mühafizə orqanlarında, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar nəticəsində əldə olunan yeniliklər hər kəsin gözləri önündədir. 

Faktdır ki, ölkəmizin daxili işlər orqanı müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs bu dövlət qurumunda çalışan əməkdaşların atdıqları addımlara olduqca diqqət yetirirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, polis general-polkovniki cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra, bu dövlət qurumunun bütün tabeli sturukturlarında fərqli ab-hava yaşanmağa, fərqli yanaşmalar özünü göstərməyə başladı. Bəli, hər kəs şahiddir ki, cənab Nazirin təyinatından sonra insanların polis əməkdaşlarına olan inam daha da artıb. Söz yox ki, bütün bunlar DİN-i rəhbərliyinin həyata keçirdiyi idarəçilik sayəsində əmələ gələn halların varlığıdır. Adicə bir faktı qeyd edək ki, bu gün DİN-nin, BDYPİ-nin, BŞDYPİ-nin və Nazirliyin digər tabeli qurumların ictimaiyyətlə əlaqələr şöbələrinə cavabdehlik daşıyan vəzifə sahibləri hər bir problemli məsələlərə adekvat reaksiya verirlər, ünvanlanan sualları lazımi səviyyədə cavablandırırlar, lazım gəldikdə bəzi məsələlərin həllində yöndə öz tövsiyyələrini də bildirirlər. Bütün bunlara baxmayaraq, hal-hazırda bəzi polis əməkdaşları üzərinə düşən vəzifə borclarını tam şəkildə yerinə yetirmədiyindən, yaxud da yerinə yetirə bilmədiyindən, bu gün yerlərdə müəyyən problemlər baş alıb getməkdə davam edir. Məsələn, adicə bir faktı qeyd edək ki, 22 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sərəncam imzalayıb. İmzalanmış bu Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi, Daxili İşlər Nazirliyinin qəbul olunmuş Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirləri aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirməsi, ələlxüsus nəzərdə tutulan tədbirlərin icrasının gedişi haqda ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi xüsusi qeyd olunub. Qarşıya bu cür tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, bu gün bir çox polis idarələrinin, yaxud da polis şöbələrinin əməkdaşları müxtəlif ünvanlarda fəaliyyət göstərən əxlaqsızlıq ünvanlarında yaşananlarla bağlı, məhz ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”nının tələblərinə məhəl qoymurlar. Bu kimi halların varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Məsələn, bir neçə gün bundan öncə redaksiyamıza Sumqayıt şəhərinin “Nasosnı” adlanan (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) ərazisində, hansı ki, “Qızlar bulağı” adı ilə tanınan obyektin fəaliyyət göstməsi ilə bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, qeyd olunan bu obyektdə qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradıldığından, burada istənilən növ əxlaqsızlıq əməllərinə qol qoyulur. Əldə etdiyimiz məlumatlara görə, obyekt sahibi qol qoyduğu əməllərə qarşı ola biləcək hədələrdən, ictimai qınaqdan özünü qorumaq üçün, məhz “Qızlar bulağı”na rəhbərlik etməyi bir nəfər Vətən müharibəsi qazisinə həvalə edir. Təəssüflər olsun ki, 44 gün davam edən Vətən müharibəsinin iştirakçılarından (bu şəxsin özünün dediyinə görə) olan həmin şəxs, məhz belə bir obyektə rəhbərlik etməyi özünə rəva bilir. Diqqəti cəlb edən hal  odur ki, özünün qazi olduğunu bildirən həmin şəxsə bu obyektin fəaliyyəti ilə bağlı sual verib cavab əldə etmək istədikdə o, “Bəli, “Qızlar bulağı” fahişəxanadır və bu obyektin arxa tərəfindəki otaqlarda lazımi şərait yaradılıb ki, bu da hər kəsin qadınlarla cinsi əlaqədə olmasına imkan verir.  Bilirsiniz, üç-dörd gün bundan öncə bu obyektə iki nəfər jurnalist gəlmişdi, mən filankəsə (ölkəmizin yüksək çinli vəzifə sahiblərindən birini nəzərdə tutur. Müəyyən səbəblər üzündən ad çəkmirik) əvvəlcə mesaj yazdım, daha sonra zəng etdim, o halda həmin jurnalistlər bir daha bu obyektə üz tutmadılar” cavabını verdi. Özünü əksəriyyətə qazi deyə təqdim edən bu şəxsin verdiyi belə bir cavabdan sonra şoka düşdük və həmin şəxsi verdiyi cavabına görə qınadıq.
     Bütün bunlardan sonra, “Qızlar bulağı”nda baş verənlərlə bağlı daxil olan məlumatları Sumqayıt Şəhər Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Rauf Balaşova çatdırmağı özümüzə borc bildik. Düzdür, bu şəxs ilk əvvəl bizi diqqətlə dinlədi və az sonra baş verənlərlə bağlı lazımi tədbirlər görüləcəyini də vəd etdi. Elə ki, dünən Rauf Balaşova zəng edib hansı tədbirlərin görüldüyünü dəqiqləşdirmək istədik, o halda o, “Bilirsiniz, biz qazini oradan uzaqlaşdırmışıq, amma “Nasosnı” bizim ərazimiz deyil. “Qızlar bulağı”nda yaşanan problemlərlə bağlı Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin rəisi Bəhruz müəllimə müvafiq tapşırıqlar verilib, lazımi tədbirlər görüləcək” cavabını verdi. Əməliyyat işləri üzrə rəis müavini Rauf Balaşovun bu cür cavabından sonra ortaya düşündürücü suallar çıxır ki, görəsən nə üçün bu şəxs ilk əvvəl lazımi tədbirlərin görüləcəyini vəd etdi, az sonra isə problemlərin aradan qaldırılacağı ilə bağlı 2-ci polis bölməsinin rəisi Bəhruz müəllimə müvafiq tapşırıqların verildiyini dilə gətirdi? Bu nə deməkdir, hələ də verilən cavabı heç cür başa düşə bilmirik. Çünki, rəis müavini Rauf Balaşov sıradan vəzifə sahibi deyil, əslində o, ona verilən məlumatlar əsasında lazımi tədbirlərini görməli idi.
       Bəli, əldə etdiyimiz müəyyən məlumatlara görə Sumqayıt ŞPİ-nin rəhbərliyi və rəhbərlikdə olan vəzifə sahiblərinin əksəriyyəti, hal-hazırda şəhər ərazisində narkomaniyaya və digər neqativ halların varlığına qarşı operativ mübarizə tədbirlərini həyata keçirirlər. Faktdır ki, bu cür addımlar tam əksəriyyət tərəfindən alqışlanır və təqdirəlayiq hal da hesab olunur. O halda sual oluna bilər ki, görəsən Sumqayıt ŞPİ-i rəisinin əməliyyat işləri üzrə müavini Rauf Balaşovun, “Qızlar bulağı”nda yaşanan problemlərin aradan qaldırılmasına o qədər də cəhd etməməsinə səbəb nədir? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
  Mövzuya qayıdacağıq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO