kanal1

Fransa parlamentinin qəbul etdiyi qətnamələr yalan və böhtan xarakterlidir – Bəyanat

Tarix:5-12-2022, 10:39
Baxış Sayı:2 181 924


İsrail Təhlükəsizlik Akademiyası Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Fransa Senatının ardınca Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamənin tamamilə Fransanın erməni təəssübkeşliyindən qaynaqlandığı vurğulanır. Qeyd olunur ki, Fransa Senatı və Milli Assambleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni yerinə yetirərək işğaldan azad etməsi ilə qətiyyən barışmır. Fransa parlamenti ikili standartları ehtiva edən ermənipərəst xarakterli belə qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir. 1992-1993-cü illərdə Ermənistanın işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı doğma el-obasından məcburi köçkün və qaçqın düşmüşdür. Onlar işğal illərində böyük müsibətlərə və məşəqqətlərə məruz qalıblar. Təkcə 1992-ci il fevralın 25-dən 26-na keçən qarlı-boranlı qış gecəsində Ermənistan silahlıları Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Xocalıya girərək bütün şəhəri dağıdıb, günahsız, əliyalın insanları gülləbaran edib‚ qocaları, uşaqları, qundaqdakı körpələri süngülərə keçirib‚ insanları tankların altında əziblər. Bununla da tarixdə misli görünməyən barbarlıq və vandalizm törədiblər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törədiblər.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisinin 20 faizini təxminən 30 il işğal altında saxlayıb. Ermənistan Azərbaycan torpaqlarını dağıdıb, dinc sakinləri kütləvi şəkildə məhv etməyə çalışıb. Bu‚ işğalçı Ermənistanın ən ağır müharibə cinayətidir.
Bölgənin ötən 30 illik tarixi ermənilərin müharibə cinayətləri və terrorları ilə dolub daşır. Qarabağın hər qarışında erməni vandalizmi və cinayətlərinin izləri var. Fransa hökuməti‚ Senat və Milli Assambleyası, ilk növbədə, Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağda azərbaycanlılara məxsus bütün qəbirlər‚ dini və tarixi abidələr tamamilə dağıdılıb və yerlə-yeksan edilib. İşğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəyib. Ermənistan hökuməti bu maddi və mənəvi zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. Fransa isə Ermənistanın cinayətlərinə haqq qazandırır. Erməni vəhşiliyi bütün dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb. Təhlükəsizlik Şurasının qətnamələri məcburidir və Fransa özü bu qurumun 5 daimi üzvündən biridir. BMT Nizamnaməsinə görə, Fransa da BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət və icra etməyə borcludur. Amma Fransa hökuməti‚ Senatı və Milli Assambleyası Azərbaycana qarşı qəbul etdiyi qərəzli və məkrli qətnamələrlə Ermənistanın cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verərək onlara şərik olur. Erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa bölgədə sülhü və sabitliyi pozmağa çalışır. Fransa hökuməti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanmasına can atır. Bu ölkənin məqsədi Cənubi Qafqazda və xüsusən işğaldan azad edilmiş Azərbaycan ərazilərində növbəti təxribatların törədilməsidir. Qarabağı işğal etmiş separatçıların legitimliyini tanımaq separatizmi və terrorçuluğu dəstəkləməkdir. Fransa Qarabağda vaxtilə varlığını elan etmiş qondarma separatçı rejimin legitimliyini tanımaqla və separatçılara siyasi dəstək ifadə etməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarına qarşı ermənilərin təxribatlar və hərbi cinayətlər törətməsinə zəmin hazırlayır. Bilavasitə Fransa özü qəsbkarlıq və işğalçılıq siyasəti yürüdür.
Bu qətnamələr Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyır. Açıq-aşkar görünür ki‚ Fransada hüquq və qanunlar yox‚ sifarişlər və xüsusilə ermənilərin istəkləri icra olunur. Qondarma və uydurma erməni soyqırımı layihəsinin də təşəbbüskarı‚ ideya və ssenari müəllifi məhz Fransadır.
Fransa Milli Assambleyasının qətnaməsinə gəlincə, bu sənəd ikili standartlardan və ermənipərəstlikdən qaynaqlanır. Etnik separatizmə dəstək vermək ekstremizmi və terrorizmi dəstəkləməkdir.
“Biz bir daha Fransa Senatının və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələrini qətiyyətlə pisləyir‚ bu qətnamələrin beynəlxalq hüququn, BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğunu, bununla da beynəlxalq hüququn ağır şəkildə pozulduğunu ifadə edirik. Bildiririk ki‚ Azərbaycan beynəlxalq qanunlarla tam haqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamələr yalan və böhtan xarakterlidir, anti-Azərbaycan kampaniyasının və siyasətinin elementidir”, - deyə açıqlamada bildirilir.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük