kanal1

Bərdədə xeyli silah-sursat polisə könüllü şəkildə təhvil verilib

Tarix:21-11-2023, 12:00
Baxış Sayı:114 875




Bərdədə vətəndaşlar silah-sursatlarını könüllü şəkildə polisə təqdim ediblər.

Bu barədə Bərdə rayon polis şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində iki nəfər Gəncə şəhər və Yevlax rayon sakinləri bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polisə təqdim edib. 

Gəncə şəhər sakini Əliyev Taleh Ələkbər oğlu Bərdə rayon polis şöbəsinə  gələrək özündə saxladığı 2 ədəd kalaşnikov avtomat silahını, 260 ədəd 7,62 mm kalibirli, 30 ədəd 5,45mm kalibrli patronları, 2 ədəd süngü bıçağı ə, 5 ədəd avtomat darağı, 2 ədəd əl qumbarası polisə gələrək könüllü təhvil verilmişdir. İlkin araşdırma zamanı Taleh Əliyev təhvil verdiyi silah sursatı təxminən iki il əvvəl Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxananın zirzəmisindən aşkar edərək özündə saxlamışdır. Son zamanlar sosial şəbəkələrdə silah sursatı könüllü təhvil verən şəxslərin cinayət məsuliyyətindən azad olunması və həmin silah sursatı təhvil vermə barədə çağırışları oxuyub biləndən sonra Bərdə rayon polis şöbəsinə etibar etdiyi üçün bu səbəbdən öz təşəbbüsü ilə polisə gələrək qanunsuz saxladığı silah sursatı könüllü olaraq təhvil vermək üçün qərarına gəlmişdir.

Bundan başqa Yevlax rayon sakini Əsədov Vüqar Cəfər oğlu Bərdə rayon polis şöbəsinə gələrək özündə saxladığı 1 ədəd kalaşnikov avtomatını, 82 ədəd 7.62 mm kalibirli patronu, 2 ədəd süngü bıçağını 3 ədəd müxtəlif silahlıların darağını, 1 ədəd F1 əl qumbarasınə və partlayıcını könüllü təhvil vermişdir. İlkin araşdırma zamanı Vüqar Əsədov təhvil verdiyi silah sursatı birinci Qarabağ müharibəsini zamanı, Qarabağ iqtisadi zonasından əldə edərək özündə saxlamışdır. 

Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub.

Faktlarla bağlı Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir.



Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda