kanal1

Azərbaycanda sünnət dəhşəti: Həkim uşağın cinsiyyət orqanını kəsdi (VİDEO)

Tarix:3-02-2022, 09:00
Baxış Sayı:265 177

Azərbaycanda sünnət dəhşəti: Həkim uşağın cinsiyyət orqanını kəsdi (VİDEO)


Son vaxtlar sünnət ilə bağlı fərqli və insanı qorxuya salan hallar yaşanır. Məsələn, həkimlərdən biri səhvən uşağın cinsiyyət orqanının müəyyən bir hissəsini  kəsib, digəri lazer üsuli ilə sünnət edirəm deyib, orqanı tamamən zədələyib. Belə hallara adətən qeyri-ixtisas həkimlər səbəb olurlar.

Mütəxəssis həkimlər isə valideynləri maksimum diqqətli olmağa, məsələyə səthi yanaşmamağa səsləyirlər. 

Sünnət edirəm deyib, 2 yaşlı uşağın cinsiyyət orqanının yarısını kəsdi. Daha sonra başqa bir həkimə zəng edərək, imdad dilədi. 

Hadisə Bakı xəstəxanalarının birində yaşanıb. Və bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimdir. Həmin həkim etdiyi səhv ilə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.

Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur. 

Cərrah deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə, sünnət edir. Bunun isə ağır fəsadları olur.  Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur. 

<embed width="640" height="360" src="https://player.olke.az?v=5025&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
İyunda 10 gün iş olmayacaq
İyunda 10 gün iş olmayacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız