kanal1

Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb

Tarix:2-02-2022, 11:32
Baxış Sayı:141 648

Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb


Yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb.

Bu barədə ölkə prezidentinin sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupu xəbər verir.

Xatırladaq ki, dövlət başçısının 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Yolun ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.

Artıq birinci mərhələ üzrə torpaq işləri 98% yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 km dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65% yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin gələn il yekunlaşdırılması planlaşdırılır.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO